Ağstafanın gənc icra başçısı biznesini dandı - Lakin faktlar əksini deyir.. FOTOFAKT



Ağstafanın gənc icra başçısı biznesini dandı -  Lakin faktlar əksini deyir.. FOTOFAKT
Siam.az olaraq dünən müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən Ağstafa Rayon İcra Hakimiyyəti icra başçısı Seymur Orucovun Gədəbəydə biznesi olduğunun yazmışdıq. Biznes daha doğrusu başçının həyat yoldaşı Çeşmi Hacıyevaya məxsusdur.
Lakin Ağstafa Rayon İcra Hakimiyyəti icra başçısı Seymur Orucovun Gədəbəydə biznesinin olmasını təkzib edib: "Məsələ ilə əlaqədar qeyd edirik ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Gədəbəy rayonunda biznesi mövcud deyildir. Məlumatda guya diametri 1 metr olan boru vasitəsi ilə 18 km uzunluğunda su xətti çəkildiyi qeyd olunur. Diametri 1000 millimetr olan boru vasitəsi ilə 1 bulaqdan istehsal müəssiəsinə eyni məhsuldarlıqla su xətti çəkilməsi real deyildir".

Buna cavab olaraq Cavanşir Həsənli əlində olan faktları ictimailəşdirərək biznesin həqiqətən icra başçısının həyat yoldaşı Çeşmi Hacıyevaya məxsus olduğunu göstrir.
Aşağıda sizə təqdim etdiyim hesab icra başçısının həyat yoldaşı Çeşmi Hacıyevaya məxsusdur. Hesab Azərbaycanda ola bilsin ki, qapalıdır, o səbəbdən icra başçısının həyat yoldaşına məxsus hesabın fotolarını da əlavə edirəm.
https://az.linkedin.com/in/phd-cheshmi-hajiyeva-163545a8
https://dashlibulag.az/az/product



Tərəflərin mövqeyini dərc etməyə davam edəcəyik!
Siam.az
Tarix: 1-02-2022, 09:46
Xəbəri paylaş





Xəbər lenti