Ülvi Quliyevin oğlu yenidən gündəmdə - “Xoçu kebab” restoranı...



Ülvi Quliyev də Azərbaycan - Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun (Cavanşir Feyziyevin rəhbəri olduğu) üzvüdür, oğlunun Londonda beş evi var. Cənab Quliyev eyni zamanda Rusiya - Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür, oğlunun Sankt Peterburqda "Xoçu kebab" restoranları fəaliyyət göstərir.
 
Pravda.az-ın xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.
 
“Ülvi Quliyev Türkiyə  - Azərbaycanın parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür, oğlu orda da biznes qurub. Axtarsaq hələ Koreyada, Peruda da çıxacaq. Dövlətimiz adına “çalışırlar”, “əziyyət çəkirlər”” – C.Həsənli qeyd edib.
 Fotoları təqdim edirik


Tarix: 2-02-2022, 08:59
Xəbəri paylaş





Xəbər lenti