Elxan Məmmədovdan Aslan İsmayılovla bağlı açıqlama



“Aslan İsmayılov sosial şəbəkədə əsassız şəkildə AFFA-nı ittiham etmişdi. Bu ittihamlar qeyri-peşəkarlıqdır, susmaq doğru deyildi. O, tanınmış adamdır və mediada aktivdir”.
 
Pravda.az xəbər verir ki, bunu AFFA-nın vitse-prezidenti Elxan Məmmədov deyib.
 
O, hüquqşünas Aslan İsmayılovla AFFA arasında olan məhkəmə prosesindən danışıb: “Onun paylaşımından sonra iclas keçirdik və bizim əməkdaşlarımız ayrı-ayrı onu məhkəməyə vermək istəyirdi. Dedim ki, lazım deyil və federasiya olaraq onu məhkəməyə verdik. Prosesi udduq və daha nəsə demək istəmirəm. 3 ay ərzində məhkəmə oldu və hakimlər məsələyə peşəkar yanaşdı. Axırda düzgün və ədalətli qərar qəbul edildi. AFFA əməkdaşları sağ olsunlar ki, məni eşidib kütləvi şəkildə onu məhkəməyə vermədilər. Azərbaycanlıyıq, bir insanı çox sayda adamın məhkəməyə verməsi doğru deyil”.
Tarix: 2-02-2022, 14:47
Xəbəri paylaş





Xəbər lenti