Bakının mərkəzində fantastik qiymətə hotel satılır - FOTO


Bakının mərkəzində yerləşən dəbdəbəli dördulduzlu hotel satışa çıxarılıb.
Bu barədə elan saytlarının birində məlumat paylaşılıb. 

“Qafqaz Baku City Hotel & Recidence” hoteli 72 milyon 750 min manata satılır. 

Qeyd edək ki, kompleksə 17 mərtəbədə yerləşən 317 otaq, 9 yüksək komfortlu mənzil, habelə fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan 2 otaq daxildir.

Qeyd edək ki, “Gilan Holding”ə məxsus olan “Qafqaz” hotellər şəbəkəsinə 12 hotel daxildir və şirkətin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. 
Mənbə:oxu.az





Tarix: 15-06-2022, 14:43
Xəbəri paylaş





Xəbər lenti