İsraildə onkoloji xəstəxananın tibb bacıları şöbə müdirinin davranışına etiraz olaraq işə çıxmadı...

Onkoloji xəstəxananın tibb bacıları şöbə müdirinin davranışına etiraz olaraq işə çıxmadı...
Çərşənbə günü, iyunun 15-də İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı "Volfson" xəstəxanasının onkoloji klinikasının tibb bacıları işə gəlməyiblər. Nəticədə xəstələr üçün təyin olunmuş prosedurlar başa çatdırılmayıb.
Moderator.az  xəbər verir ki, bu barədə yerli “Kan Bet” radiostansiyası məlumat yayıb.
 
Tibb bacıları şöbə müdiri doktor Ronen Breneri əsassız iradlarda və təhqirlərdə ittiham edir. İki həftə əvvəl onlar həkim Brenerin rəhbərliyi altında işləməyə davam edə bilməyəcəkləri barədə xəstəxana rəhbərliyinə xəbərdarlıq edərək başqa ambulator şöbələrə köçürülməsini xahiş ediblər.
 
Tibb bacılarının tətilindən bir neçə saat sonra "Volfson" xəstəxanasının rəsmiləri xəstələrin lazımi prosedurları almasına imkan verən problemin müvəqqəti həllini tapdıqlarını açıqlayıblar. Administrasiya həmçinin tibb işçilərinin şikayətlərinə baxış keçirildiyini deyir.
 
Radio "Kan Bet"  daha sonra xəbər verir ki, doktor Brener öz növbəsində münaqişənin klinikanın administrasiyası tərəfindən törədildiyini və kiçik tibb işçilərindən “ona qarşı müharibədə” istifadə edildiyini iddia edir. Ronen Brenerin sözlərinə görə, münaqişəyə səbəb onun həkimlərin işçi komitəsinin rəhbəri seçilməsi olub.
 
Xatırladaq ki, bu gün- iyunun 16-dan İsrail səhiyyə sistemi əməkdaşları tibb işçilərinə qarşı zorakılıq hallarına etiraz olaraq ümumi tətilə başlamaq haqda qərar veriblər.
 
Sultan Laçın
Tarix: 16-06-2022, 09:26
Xəbəri paylaş





Xəbər lenti