Adi bədən tərbiyəsi müəllimi DGK-da, Vergilər Nazirliyində işləyərkən, sonra icra başçısı olanda o qədər pula, sərvətə sahib oldu ki...



Bədən tərbiyəsi müəllimi Süleyman Mikayılovun tərbiyə problemi… -
Dünyaca məşhur azərbaycanlı alim, “Qeyri-səlis məntiq” nəzəriyyəsi ilə adını dünyaya qızıl hərflərlə yazdırmış LütfiZadə demişdir: “Əgər əlində tutduğun yeganə alət çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək”.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla bağlı yazını dahi alimin bu sözləri ilə başlamağımın səbəbini oxucuların öhdəsinə buraxıram. Görəsən, uşaq məktəbində bədən TƏRBİYƏSİ müəllimi işləyən bu adam necə gəlib Dövlət Gömrük Komitəsində Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idərə rəisi vəzifələrində çalışıb. Birincisi, Bədən Tərbiyəsindən başlayaq. Lətifəsi Süleyman Mikayılovdan uzaq olsun, bədən tərbiyəsindən uşaqlara dərs keçmək üçün adamın gərək özünün tərbiyəsi olsun. İkincisi, bədən tərbiyəsi müəllimi hara, Dövlət Gömrük Komitəsi, Qaçaqmalçıq-filan hara..? Hələ bu harasıdır..? Bir müddət sonra Süleyman Mikayılovun səsi Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi kürsüsündən eşidildi. Daha sonra Süleyman Mikayılov Yardımlı rayonuna icra başçısı təyin olundu. Daha sonra, 2005-2010-cu illərdə Azərbaycanın ən böyük rayonlarından biri olan Lənkərana rəhbərlik etdi Süleyman Mikayılov. 2010-cu ildən isə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kreslosunda oturur.
İndi gördünüzmü, Naxçıvanda uşaq idman məktəbinin adi bədən tərbiyəsi müəllimi qısa vaxtda, kosmik sürətlə necə vəzifələrə keçib. Əslində bu məsələnin üzərində bir az dayanmağa dəyər. Belə ki, sürət artanda insanda başgicəllənmə başlayır, insan özünü boşluqda, vakuumda hiss edir. Məşhur “Ulduz” filmində deyir ee.... Göz qaralır, baş fırlanır, göz fırlanır.... İnsan layiq olmadığı vəzifə yüksəkliyinə qalxdıqca başı fırlanır, nə danışdığını, nə etdiyini bilmir...
Axı, Süleyman Mikayılov yatsa yuxusun da girə bilməzdi ki, bədən tərbiyəsi müəlimi ola-ola bir vaxt icra başçısı olacaq.
Sözün qısası, adi bədən tərbiyəsi müəllimi DGK-da, Vergilər Nazirliyində işləyərkən, sonra icra başçısı olanda o qədər pula, sərvətə sahib oldu ki, başı yox ee, bütün vücudu fırlanmağa başladı. Və bu gün Süleyman Mikayılovun və oğlu Elvin Mikayılovun şirkətlərinin, mülklərinin, biznesinin sərhədləri Yardımlıdan başlayıb, Avropaya, Amerikaya qədər uzanır.
Bəli, bir müddət əvvəl Elvin Mikayılovun ABŞ-da milyonluq mülklər alması, biznesi barədə mediada xəbərlər yayıldı. Süleyman Mikayılovun bütün sərvətlərini, bir sərəncama imza atmaq üçün 50-100 min almasını bir kənara qoyaq. Deyirlər ki, Süleyman Mikayılov Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarından hər ay təxminən 150 min manat alır. (Bu işlər bizlik deyil). Sanki bu boyda təbii sərvət Süleyman Mikayılovun babasından qalıb. Nə isə, əsas mövzudan yayınmayaq.
Sözümüzün canı odur ki, insan layiq olmadığı vəzifəyə təyin ediləndə, layiq olmadığı sərvətə sahib olanda...onun əsl TƏRBİYƏSİ üzə çıxır.
Bəli, indi bəhs edəcəyimiz rüsvayçı olayda da Qaradağın icra başçısı Süleyman Mikayılov əsl tərbiyəsini, öz əxlaqını, öz mənəviyyatını açıb ortaya qoyub. Belə ki, Bakı şəhəri, Teymur Əliyev küçəsində, "Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə Dövlət Yol Polisinin əməkdaşı 10 AA – 813 dövlət nömrə nişanlı BMV avtomobilinə saxla işarəsi verərək, avtomobili dayandırır. Sükan arxasında oturan sürücü isə avtomobili saxlayır. Səbəb odur ki, portalda 10 AA 813 nömrəsi Qaradağ İcra Hakimiyyətinin balansında olan Nissan Maxima avtomobilinə məxsusdur. Yəni bu nömrə həmin vaxt qanunsuz olaraq BMV avtomobilinə bağlanıb.
Hamıya məlumdur ki, oğurluğa gedənlər, cinayət əməli törədənlər, şübhəli yük daşıyanlar avtomobilin nömrəsini dəyişib, başqa nömrə bağlayırlar. Yəni ölkə qanunları buna yol vermir və istər-istəməz polis avtomobili saxlamalıdır. Və qanuna uyğun olaraq DYP əməkdaşı Süleyman Mikayılovun içərisində olduğu avtomobilə SAXLA əmri verir. Süleyman Mikayılov sıravi polis əməkdaşına elə söyüşlər, təhqirlər yağdırır ki... Adam həyatı boyu belə ağır söyüşlər, təhqirlər eşitməyib. İnanın ki, heç küçədə böyümüş, ailə tərbiyəsi görməyən küçə uşaqları da bir-biri ilə belə söyüşlərlə danışmır... Adam məəttəl qalır ki, bu adam böyük bir rayonun rəhbəridir. Bu adam cinayət eləyib dövlət avtomobil nömrəsini başqa maşına bağlayıb, hələ üstəlik dövlətin polis əməkdaşını da elə söyür ki...
Bax, ona görə yuxarıda və indi təkrar-təkrar yazmağa məcburuq ki, pul və sərvət bəzilərini o qədər harın edir ki... Bəli, Süleyyman Mikayılov heç bir günahı olmayan sıravi polis əməkdaşına ...”Sənin böyüyünü....”, “Sənin böyüyünün böyüyünü...”, “Sənin valideynlərinin...”, “Sənin südünü, sümüyünü...”...və daha nələr... Adam bu söyüşləri nəinki yazmağa, hətta eşitməyə belə xəcalət çəkir... Süleyman Mikayılovdan soruşmaq lazımdır ki, söydüyün polisin böyüyü kimdir ? Əlbəttə cənab nazir. Bəs böyüyün böyüyü kimdir..? Sən bu söyüşlərə cavab verə biləcəksənmi, Süleyman Mikayılov..? Süleyman Mikayılov, süd-sümük barədə dediklərindən VƏZİFƏLİLƏRİN DƏ ailəsində də var ee... Öz südünə hörmət edən şəxs sən söydüklərini deməz... Bu məqamda bir məsələni xatırlamasaq olmaz.
Bir neçə il əvvəl Süleyman Mikayılovun 24 yaşlı milyonçu oğlu Elvin Mikayılov da Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində idarə etdiyi Porşe avtomobilini saxlayan polis əməkdaşlarına qarşı rüsvayçı hərəkətlər etmişdi. Atalar demiş, atası Süleyman olanın oğlu da belə edər... Süleyman Mikayılovun nəzərinə çatdırmaq istəyirik ki, bəzi sabiq icra başçıları da insanlara qarşı, hətta jurnalistə qarşı gözçıxaran hərəkətlər etsələr də zamanında cəzalarını alıblar. Amma sənin cəzan deyəsən çox ağır olacaq, Süleyman Mikayılov. Çünki dövlət qulluqçusuna o söyüşləri ki, sən söyürsən... Sənin söyüşlərin birbaşa Azərbaycan dövlətinə qarşı yönəlib...
Bütün bunların yaxın zamanda cavabını verəcəksən. Və artıq sənin həbsin qaçılmazdır.
Biz bir mətbu orqan olaraq, cənab Prezidentə müraciət edərək, xahiş edirik ki, təsadüfən rastlaşdığımız bu polis nəfərini qəbul edəsiniz, onun başına gələn bu müsibətləri dinləyərək həmin videoçarxa baxılmasına və tədbir görülməsinə göstəriş verəsiniz. Belə dəhşətli söyüşlərin bir əsayişi qoruyan şəxsə, üzərində dövlət atributlarını daşıyan, hər an təhlükəli vəziyyətlərə düşdükdə hər bir vətəndaşımızın dadına çatan polis işçisinə edilən bu söyüşlərin hər birinin hesabı qanunla nəzərdə tutulmuş qaydada həmin şəxsdən soruşulmalıdır.
P.S. Hörmətli dostlarımızın nəzərinə çatdıraq ki, bu məsələ ilə bağlı biz cənab Prezidentimizə müraciət etdik. Bu cür məsələləri bizdən xahiş edən şəxslərə deyirik ki, özünüzü yormayın.
https://sabahnews.az/manet/60459-beden-terbiyesi-muellimi-suleyman-mikayilovun-terbiye-problemi-qaradagin-icra-bashchisi-suleyman-mikayilov-yol-polisi-emekdashina-neler-soyush-soydu-ogurluq-avtomobil-nomresinden-istifade-ed.html
Sabahnews.az
Teref.az olaraq məqalədə qaldırılan iddialrla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Tarix: 13-10-2022, 22:52
Xəbəri paylaş





Xəbər lenti