Rüstəm Behrudinin şeiri qalmaqal yaratdı - “Allahın niyə izi-tozu yoxdu?”




Tanınmış şair Rüstəm Behrudinin Allahı inkar edən şeiri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Şairi dəstəkləyənlər olsa da, o daha çox tənqid olunub.
Həmin şeiri təqdim edirik:




Görən, niyə susub Allah,
Yerə təzə sözü yoxdu?
14 əsr keçib getdi,
Təzə kitab, yazı yoxdu?


"Məni tanı" deyə-deyə,
Hökm eləyir yerə, göyə,
Bəndəsinə görünməyə,
Nədən, niyə üzü yoxdu?!


Vədə verib, sabah deyir,
Savab deyir, günah deyir.
Cümlə-aləm "Allah" deyir,
Hanı? İzi-tozu yoxdu.



Qeyd: Şeiri ilk olaraq tanınmış jurnalist Cavid İsmayıl özünün feysbuk səhifəsində paylaşıb.
Tarix: 17-10-2022, 10:40
Xəbəri paylaş





Xəbər lenti