"Azərbaycan müəllimini tamamilə gözdən salmaq da qəbul edilən deyil"


"Azərbaycan müəllimini tamamilə gözdən salmaq da qəbul edilən deyil"

Bir neçə gün öncə Təhsil Naziri müəllimlərin sertifikasiyasının nəticələrini açıqlayan zaman maraqlı faktlara toxunub. O, qeyd edib ki, imtahanda iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. “Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın gələcəyini əlindən alırsa, bundan pis nəsə təsəvvür edə bilmirəm” - deyə nazir bildirib. Təbii ki, nazirin bu açıqlamaları birmənalı qarşılanmayıb.

Məsələni təhsil eksperti Elşən Qafarov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sertifikasiya mahiyyəti müəllimləri peşəkarlıq səviyyəsi və peşə yararlılığını ölçmək üçün olan prosedurdur. Biz həm cəmiyyət olaraq, həm də təhsil mütəxəssisləri olaraq və digər tərəfdə təhsil nazirliyi də bilir ki, Azərbaycan təhsilində müəllim peşəkarlığı lazım olan səviyyədə deyil.

“Bunu biz bilirik. Amma sertifikatsiyanın nəticələrini bu tip açıqlamalarla Azərbaycan müəllimini tamamilə gözdən salmaq da qəbul edilən deyil. Sual olunur Emin əmrullayevə dərs deyən müəllim özü kvadratın perimetrini hesablaya bilirdimi? Azərbaycan müəllimi müstəqilliyimizin 31 ili tamam olacaq bir neçə gündən sonra tamam olacaq. Bir dəfə 1994-cü ildə formal şəkildə atestasiyadan keçib.
Son on ildə Emin Əmrullayev özü də sistemdə işləyir. Bu gün Azərbaycan müəlliminin qeyri-peşəkarlığı təkcə, Azərbaycan müəlliminin özü deyil, sistemin özüdür. Sual olunur son 10 ildə Təhsil Nazirliyində funksional vəzifələrdə işləyən Emin Əmrullayev, özü müəllim peşəkarlığı ilə bağlı hansı işlər görüb? Bu gün təkcə 2021-ci ildə lahiyələrə lahiyələr adı ilə 5 milyondan artıq pul xərclənib və bu lahiyələrə xərclənən 5 milyon pulun müəllim peşəkarlığına nə kimi faydası olub?” - deyən ekspert əlavə edib ki, müəllim peşəkarlığı kifayət səviyyədə olmadığını haçı bilir. Amma yaxşı, bu 2000 müəllimi nə etmək istəyirlər? Güllələmək istəyirlər ya sürgün etmək istəyirlər? İndiyə qədər reallıq ondan ibarətdir ki, istənilən kadrın peşəkarlığı onun işlədiyi sistemdən birbaşa asılıdır.
“Bu gün yaxşı eyni vəziyyəti perimetri hesablaya bilməyən bir müəllim sual versin: “Bu gün oktyabrın 14-üdür və hələ də bizm yüzlərlər məktəblərimizdə müəllim yoxdur. Şagirdlərimiz dərs keçilmir. Biz bu məsələni kiminlə müzakirə edək, günahkar kimi axtaraq. Bu gün oktyabrın 14-üdür. Məktəblərimizdə dərsliklər verilməyib. 7-ci siniflərin təhsilində ümumiyyətlə problemlər var. Kimi günahlandıraq?
Bilirsiniz. sertifikasiya ölkədə ilk dəfə keçirilir. Və sertifikasiyanı bu şəkildə müəllimlərə, təhsilə qarşı istifadə etməyi doğru saymıram - deyən ekspert hesab edir ki, sertifikasiyanın Azərbaycan təhsilinə müsbət tərəfləri çox olacaq.
“Sertifikasiyanın nəticələrindən sui-istifadə edərək Azərbaycan müəlliminə aşağılayan bəyanatlar verməyi doğru saymıram. Azərbaycan müəlliminə peşəkarlığı nə səviyyədədirsə, Azərbaycan təhsilinin idarə edilməsi də bir o qədər qeyri peşəkardır” - deyən ekspert bildirib ki, təhsil mütəxəssisləri arzu edir ki,təhsili idarə edən qurumlar, başda cənab nazir olmaqla, cəmiyyət, Azərbaycan məktəbləri Azərbaycan müəlliminə loyal,müsbət yanaşsınlar.
“Baş verən bütün hallarda istənilən neqativlik tək müəllimin deyil, sistem olaraq hamımızın günahı var. Amma birinin özünü mələk, digərlərini də günahkar qismində təqdim etməsi əsla doğru addım deyil. Nəticə olaraq yenə uduzan bizim cəmiyyət olacaq və bizim təhsil olacaq” - deyə ekspert əlavə edib.
Tarix: 17-10-2022, 21:44
Xəbəri paylaş





Xəbər lenti