Qaradağ postunda sürücüləri “Qara günə” qoyublar.-Video-Şikayət



Baş Dövlət Yol Polisi İdarəsi öləmizin girişi və çıxışlarında qurduqları “gestapo” postları sürücülərii qazanc mənbəyinə çeviriblər desək yanılmayın.Bu tipli çoxsaylı şikayətlər bizə belə deməyə əsas verir.
Bu haqda bir qrup Kəlbəcər sakinləri Turantv.Az saytına video-şikayət göndəriblər.
Belə ki, Kəlbəcər rayonun Yanşaq kənd sakini Rəhimov İsmayıl Kamil oğlu və Əliyev Arzuman İman oğlu bildirirlər ki, BDYPİ-nin tabeçiliyində olan Qaradağ postu hər bir yükdaşıma ilə ilə məşğul olan sürücülərə qənim kəsilib.İmkan vermirlər ki, ailə-uşağımıza çörək qazanaq.Sözügedən postda Iddia olunur ki, yük maşınlarına qoyulan müəyyən məbləğ “taksa” ödənilməsə artıq çəkiyə görə yüksək məbləğdə sürücülərə cərimə tətbiq edirlər.
Şikayətçi Rəhim İsmayılova məxsus olan kamaz markalı 60 BZ 181 nömrəli dövlət qeydiyyat nişanlı yük maşını tələb edilən taksanı ödəmədiyindən ona məxsus olan avtomaşın hazırda BDYPİ-nin tabeçiliyində olan Zazalı postunda saxlanılıb.
Zazalı postununda 8-ci tağımın komandiri Aqil Məmmədov sürücüyə bildirib ki, sizin saxlanılmağınızda göstərişi Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının 6-cı tağımının (Qaradağ postu) komandiri,polis mayoru Etibar İbrahimov verib.Onun üçündə siz mütləq gedib Etibar müəllimlə danışmalısınız.
Redaksiya olaraq inanırıq ki, Qarabağ müharibəsi iştirakçısı olan bu 25 yaşlı gəncin səsinə BDYPİ -nin rəhbəri general Ramiz Zeyanlov səs verəcəkdir.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Sürücülərin video-şikayətini təqdim edirik:
Video Oynadıcı
Turantv.Az
Tarix: 19-10-2022, 16:24
Xəbəri paylaş





Xəbər lenti