“Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib”


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşüblər.
 
Pravda.az-ın məlumatına görə, kənd sakinlərindən birinin Prezidentlə maraqlı dialoqu olub:
 
Kişi sakin: Mən şəhidlərin, qazilərin, şəhid analarının, atalarının qarşısında baş əyirəm. Onlara minnətdarıq. Bir də bir söz deyim gülməyin mənə, seçki komissiyasının sədri Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib.
 
Prezident İlham Əliyev: Onu özünüz deyərsiniz ona.
 
Kişi sakin: Tapmıram axı, onu.
 
Prezident İlham Əliyev: Çox sağ ol.
Tarix: 20-10-2022, 10:47
Xəbəri paylaş





Xəbər lenti