Tərtərin icra başçısı Şəhid Sənan Məmmədlinin ailəsini ziyarət edib

Tərtərin icra başçısı Şəhid Sənan Məmmədlinin ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon
Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaradağlı kəndində şəhid Məmmədli
Sənan Səlim oğlunun şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar ailəsini
ziyarət edib, başsağlığı verərək, qayğıları ilə maraqlanıb.
Siam.az bildirir ki, Tərtər Cümə Məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub, valideynləri
Sənanla bağlı xatirələrini bölüşüblər.

Məmmədli Sənan Səlim oğlu 1997-ci ilin sentyabr ayının 14-də Qaradağlı
kəndində anadan olub. 8-ci sinfi bitirdikdən sonra təhsilini Cəmşid Naxçıvanski adına
hərbi liseydə davam etdirib, 2016-cı ildə liseyin məzunu olur və yenidən imtahan
verərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. Məktəbi
bitirdikdən sonra peşəkar zabit kimi ordu sıralarında qulluq edir, leytenant rütbəsi alır.

Sənan Məmmədli 2020-ci ilin oktyabr ayının 15-də Zəngilan istiqamətində gedən
döyüşlərdə şəhid olur, 4 gün neytral zonada qalır. Oktyabrın 20-də yaşadığı kənddə
dəfn olunur.

Tərtərin qəhrəman oğlu Sənan Məmmədli ölümündən sonra Azərbaycan
Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad
olunmasına görə” və “İgidliyə görə” medalları və ilə təltif olunub.

Şəhidin adı əbədiləşdirilib, Tərtər şəhərinin küçələrinin biri onun adını daşıyır.
Doğulub boya-başa çatdığı Qaradağlı kəndində isə onun xatirəsinə ehtram əlaməti
olaraq bulaq inşa edillib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Tərtərin icra başçısı Şəhid Sənan Məmmədlinin ailəsini ziyarət edib
Tərtərin icra başçısı Şəhid Sənan Məmmədlinin ailəsini ziyarət edib
Tərtərin icra başçısı Şəhid Sənan Məmmədlinin ailəsini ziyarət edib
Tərtərin icra başçısı Şəhid Sənan Məmmədlinin ailəsini ziyarət edib


Tarix: 20-10-2022, 14:17
Xəbəri paylaş





Xəbər lenti