Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran şəxs danışdı - "Komada olmuşam” - VİDEO


Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran sürücü hadisənin necə baş verdiyi barədə məlumat verib.
 
Siam.az xəbər verir ki, BAKU.TV-yə açıqlama verən sürücü Elməddin Abbasov qeyd edib ki, özü şəkər xəstəsidir və meyvə alveri ilə məşğuldur:
 
“2009-cu ildən şəkər xəstəliyindən əziyyət çəkirəm. Məndə şəkər qalxıb-düşür. Ona görə də cibimdə həmişə konfet gəzdirirəm. Hadisə günü “Meyvəli” bazarında işimlə əlaqədar çıxandan sonra bir konfet yeyib yola düşmüşəm. 6-cı mikrorayona getməli idim, gedib çıxmışam Sumqayıta. Sosial şəbəkələrdə bilib bilmədən danışanlara demək istəyirəm ki, şəkər xəstəsiyəm və komada olmuşam”.
 
Sürücü onu da əlavə edib ki, işi maşınla meyvə alıb-satmaqdır:
 
“Bugünə qədər belə bir problem yaşamamışdım. Ailəmi, uşaqlarımı bu iş sayəsində dolandırıram”.
 

Tarix: 22-10-2022, 09:16
Xəbəri paylaş





Xəbər lenti