Ağamirzə “Poz, qazan”dan danışdı: “Məktəblərin yaxınlığında satılması düzgün deyil, uşaqlara kitab lazımdır”


“Əlimdən heç nə gəlmir. Lazımi qurumlar “Poz, qazan” kimi lotereyaların məktəblərin əhatəsində satılması məsələsi ilə məşğul olsalar, bunun qarşısını alsalar, yaxşı olar. Məktəblərin yaxınlığında, şagirdlərin əhatəsində belə lotereyaların satılması düzgün deyil”.
 
Bu sözləri Pravda.az-a müsahibəsində tanınmış meyxanaçı Ağamirzə Məmmədov deyib.
 
Meyxanaçı bildirib ki, “Poz, qazan” tipli lotereyalar məktəblərdən kənarda satılmalıdır: “Uşaqlar təhsillə maraqlansalar, daha yaxşı olar. Belə lotereyaların yerinə kitab təbliğatı aparılmalıdır. Kitab bizim ürəyimizdir, dünənimiz, bu günümüz, gələcəyimizdir. Uşaqlara əsas kitab lazımdır. Özüm də “Poz, qazan” lotereyaları almıram”.
Tarix: 24-10-2022, 16:16
Xəbəri paylaş





Xəbər lenti