Kəramət Böyükçöl: “Utanması, xəcalət çəkməsi üçün Çingizə azı yüz fakt sayaram”


“Jurnalist Çingiz Abdullayevə sual verir ki, qurultaya 203 min xərclənib. Pul nəyə gedib? Çingiz isə jurnalistə deyir ki, mən Xalq yazıçısıyam, utanmırsan mənə belə sual verirsən? 35 ildir AYB sədri olan bir adamı qoluna girib sürüyə-sürüyə qurultaya gətirir, təzədən sədr təyin edirlər, Çingiz buna görə utanmır?”
 
Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Kəramət Böyükçöl bildirib.
 
“Özünə “Xalq yazıçısı” deyən adam AYB-yə məxsus binanın alt mərtəbəsini ayda 8 min manata kirayə verir, "26-lar"adı altında bar kimi istifadə olunur, həmin pulu da şəxsən Çingiz öz cibinə qoyurdu. Mediada müqavilənin sənədləri də yayılmışdı, Çingiz buna görə utanmır? Utanması, xəcalət çəkməsi üçün Çingizə azı yüz fakt sayaram. Ən əsası, özünə “Xalq yazıçısı” deyən bir adam Azərbaycan dilində danışa bilmir, Çingiz buna görə də utanmır?” – K.Böyükçöl qeyd edib.
Tarix: 27-10-2022, 11:07
Xəbəri paylaş





Xəbər lenti