Hakimiyyətyönümlü jurnalist Xalqa səsləndi: "Xahiş edirəm, övladlarınızı çıxarın bu bataqlıqdan..."!


Son günlər Əliyev hakimiyyətinə yaxınlığı ilə seçilən jurnalist Samir Feyruzov öz Facebook hesabında mövqeyini müdafiə etdiyi hakimiyyətə qarşı narazılığını ifadə edib. Samir Feyruzun yazmış olduğu statusu olduğu kimi təqdim edirik: 

"Az yaşım yoxdur, uzun illərdir mütaliə edir, təhlillər aparır, kollektivlərdə çalışır, cəmiyyəti öyrənir, idarəçilik prinsiplərini araşdırır və anoloji nümunələri analiz edirəm...

Gəldiyim qənaət budur: bu ölkədə heç nə yaxşı olmayacaq! Qətiyyən! Bu ölkədə hər şeyin yaxşı olacağını sizə vəd edənlərdən uzaqlaşın! Yalan danışırlar. Qırmızı diplom gözləyən tələbələr, bizim səhvlərimizi təkrarlamayın və rədd olub gedin bu ölkədən! Mən bədbin adam deyiləm, amma sizə düzünü deyirəm.

Jurnalistlər, siyasətçilər, gənc alimlər! Elə siz də, özümüz cəhənnəmə, övladlarınızı xilas edin. Bir az yaşlanandan sonra hər şey gec olacaq.

Xahiş edirəm, övladlarınızı çıxarın bu bataqlıqdan..."

Tarix: 28-10-2022, 10:24
Xəbəri paylaş





Xəbər lenti