DİQQƏT: Bu qəndləri almayın! - Ağartmaq üçün zəhərli maddələrdən istifadə edilir - VİDEO

DİQQƏT: Bu qəndləri almayın! - Ağartmaq üçün zəhərli maddələrdən istifadə edilir - VİDEO
"Mən bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Son zamanlar qənd və şəkər tozu ilə bağlı ekspertizalar aparmışıq. Təəssüflə qeyd etmək istəyirəm ki, araşdırmalarımızın nəticələri 12 istehsalçıya aid məhsullarda Kükürd dioksid adlı xüsusi toksik maddə aşkarlanıb".
 

Moderator.az Real TV-yə istinadən xəbər verir ki, bu sözləri AQTA (Qida Təhlükəsizliyi Agentliyi) sədri Qoşqar Təhməzli ötən gün 9 ayın hesabatına aid keçirilən mətbuat konfransında deyib. Qurum rəsmisi, həmin məhsulların aşkarlanaraq geri çağırıldığını bildirib:
 
"Həmin istehsalçılar bu maddəni qəndin ağardılması üçün istifadə edirlər. O da bilavasitə insan sağlamlığım üçün təhlükəlidir və istehlaka yarasızdır. Tərəfimizdən 1097 kiloqram belə məhsul geri çağırılıb".


Tarix: 28-10-2022, 16:30
Xəbəri paylaş





Xəbər lenti