Prokurorluq orqanları saxta işə göz yumur? - ŞOK MÜRACİƏT


 

Abşeron Rayon Masazır qəsəbə 3№-li tam orta məktəbin drektor müavini vəzifəsində çalışan Kərimova Aysel İbrahim qızı, anası Dünyamalıyeva Təyyarə xanım ilə əlbir olaraq, doğma bacısı Şahbazova Vüsalə İbrahim qızına məxsus, "QURTULUŞ" yaşayış massivində yerləşən 60 kvm-lik qeyri yaşayış obyektini mənimsədiyi barədə gundemxeber.az-ın redaksiyasına müraciət daxil olub.


Daxil olan müraciətə əsasən apardığımız araşdırmalardan məlum olub ki, Şahbazova Vüsalə İbrahim qızı

nigahda olan həyat yoldaşı ilə, nigah pozuntusuna getdiyindən, şəxsinə aid  olan əmlakı əri ilə aralarında tən yarı bölünməməsinə görə, ilkin olaraq əmlakı azyaşlı övladının adına keçirir və sonra, tam əmin olmaq üçün anasının adına sənədləşdirir.

Bundan xəbər tutan 3 saylı Masazır məktəbinin direktor müavini işləyən bacı Aysel Kərimova anası Dünyamalıyeva Təyyarə ilə birləşərək Vüsalə xanıma məxsus əmlakı qeyri-qanuni yolla özünə yaxın iş yoldaşının adına sənədləşdirir.    Sənədləşdirilmə zamanı verilmiş etibarnamənin də vaxtı keçmiş, yəni qüvvədə olmadığı məlum olub. Amma buna baxmayaraq, sənədləşməyə hansısa yolla nail olan ana Təyyarə xanım və bacı Aysel xanım, birbaşa Vüsalə xanıma aidiyyəti olan qeyri yaşayış obyektini satmağa nail olur. 

Belə bir qanunsuzluqdan xəbər tutan Vüsalə Şahbazova Abşeron rayon Prokurorluğuna şikayət edir. Vüsalə xanımın haqlı şikayətinə baxmayaraq, prokurorluq onun xeyrinə qərar vermir. Bu kimi qanuna zidd hərəkəti görən Vüsalə xanım Azərbaycan Respublikanın baş prokuroru Kamran Əliyevə üz tutur, amma heç bir nəticə olmur. Bundan sonra, zərərçəkən Vüsalə Şahbazova ölkə başçısı cənab İlham Əliyevə, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Abşeron Rayon icra  başçısı Abdin Fərzəliyevə səslənərək xahiş edir: "Əmlakımı Təhsil Naziri Emin Əmrullayevin işçisi tərəfindən qeyri-qanuni, saxta yolla mənimsənilməsinə imkan verməyin. Sosial vəziyyətim olduqca ağırdır, iki azyaşlı övladım var.

Sizdən dönə-dönə xahiş edirəm ki, mənə qarşı olunan qanunsusluğa görə diqqətinizi şikayətimə yönəldib saxtakarlara qarşı hüquqi addımlarınızı atsınız!"

Tarix: 7-11-2022, 13:08
Xəbəri paylaş





Xəbər lenti