“Belə bir yerdə böyütdüyüm uşağı mən necə əsgər yola salım?" - ASTARA SAKİNİ 4 İLDİR ÇADIRDA YAŞAYIR / VİDEO


Astara rayon, Miki kənd sakini Hüseynova İlhamə Süleyman qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, artıq 4 ildir Miki kəndi ərazisində çadırda yaşamağa məcburdur.
Onun sözlərinə görə, ailəlidir, 3 övladı var və oğlunun birini hərbi xidmətə yola salmağa hazırlaşır.
Astara rayon İcra Hakimiyyətinə, Bələdiyyəyə və s. orqanlara müraciət etdiyini bildirən İ.Hüseynova deyir ki, bu qurumların heç birindən müsbət cavab ala bilməyib: “Belə bir yerdə böyütdüyüm uşağı mən necə əsgər yola salım? Çox çarəsiz vəziyyətdəyik. Soyuqlar düşüb, ailə üzvlərim və mən xəstəlik tutmuşuq. Sizin sayt vasitəsilə rəsmi qurumlara müraciət edirəm, mənə kömək edin”.
Astara rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da zəngimiz cavabsız qaldı. Mövzunu diqqətdə saxlayacağıq.
Siam.az şikayətçi xanımın video-müraciətini olduğu kimi oxucularına təqdim edir:
 

Tarix: 8-11-2022, 17:13
Xəbəri paylaş





Xəbər lenti