Naxçıvanı çökdürməsi azmış kimi... - Famil Seyidov niyə "elçi" yollayası olub?..

Naxçıvanı çökdürməsi azmış kimi...
"Bir neçə il bundan əvvəl idi. Famil Seyidov onda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri işləyirdi. Mən də Naxçıvan barədə hansısa məlumat yazmış və xəbərdə cəddi belini qırmış bu seyid övladının da adını zikr etmişdim". DİA.AZ bildirir ki, bunu özünün paylaşımında araşdırmaçı-jurnalist Heydər Oğuz qeyd edib.

Jurnalist daha sonra yazır: "Üzərindən bir neçə gün keçdikdən sonra jurnalist həmkarlarımdan biri mənə zəng edib görüşmək istədiyini bildirdi. Görüşə getdim. Həmkarım, Famil Seyidovun lobbiçiliyinə gəlmişdi. Çox da böyük istəyi vardı: mən istədiyim mükafatın müqabilində informasiya mənbəyimi ona satmalı idim.

Elə bil başıma ildırım düşdü. Adamda həyasızlığa bax, Naxçıvanın iqtisadiyyatını məhv edib, iş adamlarını şumlayıb. Bu da azmış kimi, bir də məni satqın yerinə qoyur, - deyə düşündüm.

Kinli biri deyiləm. Amma o vaxt ürəyimdən bir hiss keçdi: "Əlimə sanballı bir material keçsə, Famil Seyidovun gözünün yaşına baxmayacağam. Ona adamı satqın yerinə qoyub təhqir etməyin bədəlini ödətdirəcəyəm"".

İddia olunanlarla bağlı Siam.az  olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 11-11-2022, 09:04
Xəbəri paylaş





Xəbər lenti