Səməd Seyidovun pul tələbinə ETİRAZ: “Ölkənin bu ağır günündə...”


Milli Məclisdə 2023-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı deputat Səməd Seyidovun səsləndirdiyi təkliflər geniş müzakirələrə səbəb olub.

Belə ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, gələn ilin dövlət büdcəsində deputatların xaricə səfərləri zamanı ezamiyyət xərclərinin artırılması məqsədəuyğun olardı.

Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında bildirib ki, bu istək yersizdir:

“Səməd Seyidov kimilər gərək utansınlar ki, ölkənin belə bir ağır dövründə pul davası edirlər. 

Bunlar bir dəfə desinlər ki, uşaq pulunu artıraq, bir dəfə desinlər ki, Vətən müharibəsi iştirakçılarının, hərbçilərin, qazilərin pulunu artıraq. Səməd Seyidov gedib nə edib ki?! Xaricdə hansı naliyyətlərlər əldə edib, mən bilmirəm. Avropa Şurasında indi Azərbaycana sanksiyalar hazırlayırlar. Biz buna görəmi onun pulunu artırmalıyıq?! Azərbaycana ayrılan 20 milyard avronu indi məhdudlaşdırmaq istəyirlər. Buna görəmi Səməd Seyidovun maaşı artmalıdır?!”

“Ona görə də bu cür insanlar Milli Məclisdə olmamalıdırlar. Fikrimcə, bunlar baş qaxıncı olan adamlardır və Səməd Seyidovla onun komandasının xaricə gedib kef çəkməsi üçün bu qədər pul ayırmağa ehtiyac yoxdur”, - MMP sədri yekunlaşdırıb". 
Tarix: 11-11-2022, 20:52
Xəbəri paylaş





Xəbər lenti