Azərbaycan Bayrağı Ordenli şəhid Aslan Hüseynovun övladına kiçik toy mərasimi keçirilib



Noyabırın 12-də 44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi göstərərək 
şəhidlik zirvəsinə ucalan, rayonun Qaradağlı kəndində doğulub boya-başa çatmış 
Azərbaycan Bayrağı Ordenli şəhid Hüseynov Aslan Malik oğlunun övladına kiçik toy 
mərasimi keçirilib.

Kiçik toy mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, 
hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, 
Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, Vətən Müharibəsi qaziləri, veteranları, 
şəhidin silahdaşları və sakinlər iştirak ediblər. 
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhid 
övladına xeyir-dua verib, bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə 
etdiyimiz Zəfərə görə onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin 
daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu bizim mənəvi 
borcumuzdur.
Sonra rayon rəhbəri tərəfindən şəhidin övladına hədiyyə təqdim olunub.
Tarix: 12-11-2022, 17:53
Xəbəri paylaş





Xəbər lenti