Anar Məmmədovun addımları YAP-dakı islahatları puç edir



“Deputat Anar Məmmədov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən 2020-ci ildə seçilib. Necə seçilib, onu goranboylular, naftalanlılar çox gözəl bilirlər. Sözüm o deyil, parlamentin "P"sından xəbəri olmayan bu şəxs sürətlə tikinti maqnatına çevrilməkdədir və bunları dövlət büdcəsinə qənim kəsilməklə edir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Səbuhi Abbasov bildirib.
 
S.Abbasov iddia edib ki, A.Məmmədovun rəhbərlik etdiyi “Amazon” şikəti Qarabağdakı tenderlərdə iştirak edir: “Ayrı-ayrı şəxslərin texnikalarını işlədir, dövlətdən pulunu alır, sonra texnika sahiblərinə qırıq-salxaq texnikaları təhvil verir, qara qəpik vermədən. Çox yaxın insandan kran sifariş verib, rəsmi müqavilə bağlanıb, aylıq icarə müəyyəb edilib, 4 ay sonra kranı gətirib tullayıblar həyətlərinə, özünə də bir qəpik verməyiblər. Anar Məmmədov özü də qaynatası Qulam kişi ilə “Amazon” şirkətinin ofisində oturur. Bu özbaşınalıqlar birbaşa YAP-dakı islahatları puç edir, yeni kadrlara olan inamı sıfıra endirir. Ən əsası, Ali Baş Komandanın xalq arasındakı nüfuzunu xərcləyir, həm də Qarabağ adı ilə... Bunlarla, sizcə, hara qədər getmək olar? Qarabağ adı ilə millətin qanını soran kim olursa olsun, xəyanətkardır. Deputatın biznes fəaliyyəti tam başqa mövzudur. Əl-qərəz, məsələ məhkəmədədir...”
Tarix: 14-11-2022, 23:17
Xəbəri paylaş





Xəbər lenti