Vasif Talıbovun daha bir QURBANI... - "Sona qədər mübarizə aparacam..."


Culfa rayonundakı Darıdağ Arsenal Su Müalicəxanasının keçmiş direktoru Zəfər Məmmədov 2021-ci ildə şərlənərək işdən çıxarıldığını bildirir. O, üzləşdiyi haqsızlıqla bağlı Ali Məclisin sədri Vasif Talıbova şikayət teleqramı vurmaq istəyib. DİA.AZ bildirir ki, bu barədə "Gündəlik Naxçıvan" məlumat yayıb.

Vasif Talıbovun daha bir QURBANI...

Lakin, keçmiş direktorun bu istəyini dilə gətirməsidən bir neçə saat sonra o, evindən götürülərək, o vaxtkı Naxçıvan MR DTX-sının zirzəmisinə aparılıb. Zəfər Məmmədov burada təhdid və təhqir olunduğunu iddia edir. O, indiyə kimi hüquqlarının bərpa olunması üçün mübarizə apardığını bildirir. Keçmiş direktor deyir ki, haqqını alana kimi mübarizəsini davam etdirəcək.

VİDEO BURADA: baxmaq üçün bura tıklayın...
Tarix: 15-11-2022, 08:59
Xəbəri paylaş





Xəbər lenti