Jurnalistdən nazirə İSMARIC - "Trollarınıza sahib çıxmağınız məsləhətdir..."

Jurnalistdən nazirə İSMARIC
"Naxçıvanın bir Mədəniyyət naziri var - Natəvan Tofiq qızı Qədimova. 2018-ci ildə Vasif Talıbovun sərəncamı ilə bu vəzifəyə təyin olunub. Nə qədər mədəni insan olduğunu yanında saxladığı trolların mənə yazdıqları məktublar da təsdiqləyir". DİA.AZ bildirir ki, bunu öz səhifəsində tanınmış jurnalist Heydər Oğuz qeyd edir. Anlaşılan odur ki, N.Qədimovanın çevrəsindən jurnalist təhqir olunur.

Jurnalistdən nazirə İSMARIC

Buna işarə edən Heydər Oğuz davam edir: "Natəvan xanımın diqqətinə çatdırmaq istərdim ki, indiyədək onun barəsində mənə yazılan məktubların 10-da birini belə dərc etməmişəm və etməyəcəyəm də. Çünki həmin məktubların da eyni trollar tərəfindən yazıldığını düşünürəm.

Jurnalistdən nazirə İSMARIC

Trollarınıza sahib çıxmağınız məsləhətdir, Natəvan xanım. Nəzərə alın ki, onlar hər kəs haqqında artıq-əskik yazırlar. Ən çox da sizin barənizdə".

Məsələ ilə əlaqədar Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 15-11-2022, 09:33
Xəbəri paylaş





Xəbər lenti