Yol polisi: “Sənə indi 40 manat yazaram, ağlın başına gələr” - Video



Dövlət Yol Polisi əməkdaşı ilə sürücü arasında insident yaşanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, yol polisi sürücüyə onun operativ nəqliyyat vasitələrinə yol verməməsini irad tutur:
“Sən mənə maneə törədirsən. Niyə “pavarotnik”i yandırmamısan? Sənə indi 40 manat yazaram, ağlın başına gələr. Ağıllı ol. Operativ nəqliyyat vasitəsinə niyə yol vermirsən?”
Sürücü isə polisin iradlarına belə cavab verir:
““Pavarotnik”i yandırmışam. Sən mənə heç nə yaza bilməzsən. Mən ağıllıyam, zəhmət olmasa, etika qaydalarına riayət edin. Operativ nəqliyyat vasitəsinin həm işıq, həm də səs siqnalları aktiv olduğu halda məndən üstündür. Belə olduğu halda üstün deyil. Nə də, siz mənim arxamda dayanmısınız, mənim sağımdan qabağıma manevr edirsiniz. Üstəgəl sükan arxasında telefonla danışırsınız. Sizə olar, bizə olmaz?”
Həmin anın kadrlarını təqdim edirik:

Tarix: 22-11-2022, 17:29
Xəbəri paylaş





Xəbər lenti