Ramiz Zeynalovun qohumunun şirkəti “Uber”in partnyorunu məhkəməyə verdi


“Yük Taksisi.Az” MMC (166 xidməti) “Brobers" MMC ilə bağlı yenidən məhkəməyə müraciət edib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə 166 xidməti Bakı Kommersiya Məhkəməsinə üz tutub.
 
Belə ki, “Yük Taksisi.Az” müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
 
İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.
 
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
 
Xatırlatma: "Yük Taksisi.Az" MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudr.
 
Məlumat üçün bildirək ki, uzun müddətdir mətbuatda "Yük Taksisi.Az" və “Evakuator.Az” MMC-lərə rəhbərlik edən Aqil Zeynalovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla qohumluq əlaqələrinin olduğu yazılır.
 
Qeyd: “Brobers” şirkəti “Uber”in rəsmi partnyorudur.
Tarix: 25-11-2022, 14:18
Xəbəri paylaş





Xəbər lenti