“Azərlotereya” gələcəyimizi necə məhv edir? – Sensasion faktlar


bitmap-img6

Son günlərin aktual mövzusu olan “Poz Qazan” qumar oyunu artıq bəziləri üçün patı bəlası kimi asılılıq yaradıb.

Ölkədə yeni lotereya növü olan “Poz Qazan”-ın Bakıda son bir ayda onlarla satış nöqtəsi açılıb. Demək olar ki, bütün metro çıxışlarının qarşısında 3-4 satış köşkü var. Ən dəhşətlisi isə bu köşklərin orta məktəblərin və universitetlərin qarşısında olmasıdır. Yasamal rayonunda bir neçə məktəbin qarşısında bu köşklər qurulub. “Azərlotereya” bu biznesi ilə kiçik yaşlı uşaqları da məhv etməkdən çəkinmir. İnşaatçılar metrosu üzərindəki “Azərlotereya” köşkünün önündə məktəbli uşaqların növbəsini görmək dəhşətlidir. Yəqin ki, “Azərlotereya” ASC-nin rəhbər şəxsləri öz övladlarının da bu biznes toruna düşməsini istəməz.
image-a11
Paytaxtda və bölgələrdə istənilən belə məntəqələrin qarşısında  insanlar olmaqla, uzun növbələr görmək mümkündür. Növbədəkilərin əksəriyyəti isə tələbələr, gənclər və qazandıqları əmək haqlarında razı olmayan şəxslərdir. Bu insanlar ümid edirlər ki, narkotik asılılığı kimi asılılıq yaradan bu üsulla bir gün varlanacaqlar.

Bəs görəsən insanlar bu ani lotereyadan həqiqətən pul qazana bilirlər? Yoxsa onlar doğrudan inanırlar ki, bir gün bu, onların həyatını dəyişəcək? Ümumiyyətlə, belə qazanılan pul xoşbəxtlik gətirir?

Bir müddət öncə “Azərlotereya” ASC mətbuata göndərdiyi açıqlamada aşağıdakıları qeyd detmişdi:

“Bildirmək istəyirik ki, “Azərlotereya” ASC qanunda qeyd edildiyi kimi, əhalinin maddi-sosial rifahının yüksəldilməsi və dövlət büdcəsinə daxilolmaların artırılması məqsədi ilə yaradılıb. Lotereya oyunları adından məlum olduğu kimi şans oyunudur və əyləncə məqsədi ilə keçirilən kütləvi oyundur. Lotereya oyunlarına gəlir mənbəyi kimi baxmamağınızı sizə tövsiyə edirik”.

“Azərlotereya” ASC hər bir ani lotereya oyunlarının qaydası barədə ətraflı məlumatın rəsmi saytlarında yerləşdirildiyini və insanların bu qaydalarla tanış ola biləcəyini də qeyd edib.

Amma nədənsə “Azərlotereya” ASC bu köşklərin universitet və orta məktəblərin qarşısında qurduğunu mətbuata açıqlamamışdı. Bu əməli ilə “Azərlotereya” ASC gələcəyimizi məhv edir. 12-13 yaşlı uşaqları narkotika kimi qumar asılılığına salan şirkət Azərbaycan gəncliyinə vurduğu zərbənin fərqindədirmi?

Yəqin ki, fərqindədir. Amma onlara bu oyundan pul qazanmaq , gəlcəyimizdən daha önəmlidir. Gələcəyimizə vurulan zərbə isə, birbaşa dövlətimizə vurulan zərbədir.
Tarix: 1-12-2022, 08:26
Xəbəri paylaş





Xəbər lenti