2-ci Qarabağ Savaşında iştirak ediblər... AMMA... - Bakıda AKSİYA


Dekabrın 1-də Müdafiə Nazirliyi önündə bir qrup şəxs etiraz edib.

Etirazçılar deyir, 2-ci Qarabağ müharibəsində iştirak ediblər. Lakin "müharibə iştirakçısı" statusunu ala bilmirlər.

Etirazçılardan 4 nəfər nazirliyin qəbul şöbəsinə aparılıb. Qəbulda isə onlara tələb etdikləri statusun düşmədiyi deyilib.

Müdafiə Nazirliyi isə Toplum TV-nin mövzu ilə bağlı suallarını cavablandırmayıb.



Tarix: 2-12-2022, 09:15
Xəbəri paylaş





Xəbər lenti