Milyonlarla manatı mənimsəyən şirkət rəhbərindən xəbər var


Bakı Apellyasiya Məhkəməsində milyonlarla manatı mənimsəmədə təqsirləndirilən Adıgözəlov Füzuli Qəşəm oğlunun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
 
Pravda.az-ın məlumatına görə, hakim İbrahim İbrahimlinin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Adıgözəlov 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd: Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma nəticəsində “Güllübulaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi və faktiki rəhbəri Adıgözəlov Füzuli Qəşəm oğlunun cinayət əməlləri üzə çıxıb.
 
F.Adıgözəlov 2011-2015-ci il tarixlərində Türkiyədən müxtəlif məhsullar idxal edib, MMC-yə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəyib, malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib.
 
Bundan başqa, F.Adıgözəlovun 2011-2015-ci illər ərzində ümumilikdə 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da əsaslı şübhələr yaranıb.
 
Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Tarix: 15-12-2022, 10:25
Xəbəri paylaş





Xəbər lenti