Jurnalistlər Şuşadan niyə qaytarılıb?




Şuşa-Laçın yolunda artıq dörd gündür davam edən etiraz aksiyasını işıqlandırmağa gedən bəzi jurnalistlər geri qaytarılıblar.
Bu barədə Azadlıq Radiosuna Meydan TV-nin əməkdaşı Xəyalə Ağayeva məlumat verib. Onun sözlərinə görə, dekabrın 14-də o, Meydan TV-nin digər əməkdaşı Aytac Tapdıq və müstəqil jurnalist Teymur Kərimovla hadisə yerindən geri qaytarılıblar.
O qeyd edib ki, çəkiliş edərkən mülki paltarlı və qara maskalı şəxslər onları saxlayıb, daha sonra Bakıya yola salınıblar.
Jurnalistlərə hər hansı izahın verilmədiyi deyilir. Lakin bildirdiklərinə görə, telefonlarına baxış keçirərək çəkdikləri kadrları siliblər.
Daxili İşlər Nazirliyindən (DİN) isə “Turan”a bildirilib ki, jurnalistlər saxlanılmayıb, keçid üçün icazələrin olmadığı üçün geri qaytarılıblar.


Tarix: 15-12-2022, 16:25
Xəbəri paylaş





Xəbər lenti