Naxçıvandan ən çox xəbər verən jurnalist: - "Bəli, sən azadsan, Naxçıvan"

Naxçıvandan ən çox xəbər verən jurnalist:
Son günlər özünün paylaşımları ilə Naxçıvan gündəminin əsas carçısına çevrilən tanınmış jurnalist Heydər Oğuzun bu gün, yəni Naxçıvan Ali Məcliinin sədri olmuş Vasif Talıbovun istefa verdiyi gün nələri paylaşacağı maraqlı idi. DİA.AZ olaraq jurnalist həmkarımızın paylaşımını təqdim edirik:

"Vasif "xan"ın üzü olmayıb Ali Məclis üzvlərinin arasına çıxmağa. Ona görə də xanın istefa ərizəsini baş "leşyeyən" Azər Zeynalov oxuyub. Naxçıvan MR deputatları da bu ərizəni çar-naçar qəbul ediblər.
Vasifi hələlik baş "leşyəyən" əvəz edəcək. Amma təbii ki, müvəqqəti. İnşallah, yaxın günlərdə onun da qoluna qandal vurulub Bakıya gətiriləcəyi günü görəcəyik.
21 Dekabr 2022-ci il Azərbaycan tarixinə Naxçıvanın işğaldan azad olunması günü düşəcək.
Bəli, sən azadsan, Naxçıvan. Səni səmimi qəlbdən təbrik edirəm".
Tarix: 21-12-2022, 15:57
Xəbəri paylaş





Xəbər lenti