Əlillik dərəcəsini ala bilmir... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR


Kənan Quliyev 2014-cü ildən bəri Azərbaycan Silahlı Qüvvələrində gizir rütbəsində xidmət etdiyini deyir.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindəki döyüşlərin birində yaralanıb və onu hospitala göndəriblər. Hospitaldan çıxdıqdan sonra o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edib.

İndi K.Quliyev deyir ki, tibbi komissiyadan keçdikdən sonra ona 14 iş günü ərzində əlillik dərəcəsi alacağına dair söz versələr də, bunu reallaşdırmayıblar.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov bu problemin həllinin mümkün olduğunu qeyd edib. Onun sözlərinə görə K.Quliyevin aldığı “Azərbaycan Respublikasının Müdafiəsi zamanı” tibbi arayış formasını “Hərbi xidmət dövründə” deyə dəyişsə, ona əlillik dərəcəsi təyin edilə bilər.

K.Quliyev isə deyir ki, əgər buna razılıq versə, ona ayrılmalı olan ev və maşın növbəsinə yazılmaq imkanından məhrum olacaq.

T.Qurbanov vətəndaşın sözlərini doğrulayır, amma K.Quliyevin aldığı tibbi arayışdakı diaqnozla əlillik təyinatı aparmağın mümkün olmadığını vurğulayır.

K.Quliyev isə tibbi arayışını dəyişdirməyəcəyini deyir.

Toplum TV




Tarix: 21-12-2022, 17:41
Xəbəri paylaş





Xəbər lenti