Ərdoğanın qərarını ələ salan şəxsə "Azərlotereya"da vəzifə verilibmiş - ŞOK FAKT!!!


Təqdim edəcəyimiz bu fakt ölkəmizdə hətta rəsmi qumar biznesinin ("Azərlotoreya"nın fəaliyyətini başqa cür adlandırmaq olmaz -dia.az) belə sağlam əllərdə olmadığını sübutlayır. Yayılan məlumatlardan aydın olur ki, bir vaxtlar "Gəzi” olaylarına dəstək verən şəxsə "Azərlotereya" ASC-də vəzifə verilibmiş.

"Azərlotoreya"da FETÖ-çu şəbəkə İŞ BAŞINDA

DİA.AZ bildirir ki, bu mühüm xəbəri 32gun.az postalı yayıb. Saytın əldə etdiyi məlumata görə, ASC-nin informasiya Texnologiyaları və Müəssisə Resurslarının idarə olunması üzrə Baş Rəhbəri Devrim Başkan Taksimdə "Gəzi Parkı" etirazlarına dəstək olub.

"Azərlotoreya"da FETÖ-çu şəbəkə İŞ BAŞINDA

ASC-nin indiki rəsmisi Ərdoğanın 2014-cü ildə mitinqdə, “Twitterin filanın, hamısının kökünü qazıyacağıq" deyib, bir neçə saat sonra mikrobloqa daxil olunmanın qarşısı alınmasını ələ salıb. Belə ki, o həbs olunmuş mavi quş şəklini "facebook"da profilşəkili edib.

"Azərlotoreya"da FETÖ-çu şəbəkə İŞ BAŞINDA

Həmçinin "Gəzi parkı" etirazlarının şüarı "#diren" ifadəsi işlədilmiş paylaşım edib.

"Azərlotoreya"da FETÖ-çu şəbəkə İŞ BAŞINDA

DİA.AZ-dan: Hər halda, yuxarıda açıqlanan faktların heç birinin küçümsənilməməsi mühümdür. Ən azından ona görə ki, bu faktlar əslində hər zaman və ələlxüsus da torpaqlarımızın işğaldan azad olunması iə yekunlaşan 44 günlük savaş boyunca Azərbaycanın yanında dayanan rəsmi Ankara üçün QIRMIZI CİZGİLƏR hesab olunur və bunu bilməyən yoxdur. Yuxarıda təqdim olunan faktlar FETÖ terror təşkilatının söykəndiyi ideyalardan doğan davranışlardır ki, bu məsələ Azərbaycanın da hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Bəlkə də Azərbaycanda rəsmi qumar biznesi kimi gəlirli bir sahə FETÖ-ya həvalə olunub?.. XƏBƏRİMİZ YOXDUR...

İddia olunanlarla bağlı SİAM.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 22-12-2022, 09:29
Xəbəri paylaş





Xəbər lenti