“Azərlotereya”ya çağırış: Xalqı aldatmayın



“Azərbaycanda “Azərlotereya” adlandırılan fırıldaq sürətlə yayılıb. Ölkə gəncləri bu bataqlıqda hər gün keçdikcə batmağa davam edir. Paytaxt və bölgələri cənginə alan bu lotereya oyunu qısa zamanda əhalini qumarbaza, ölkəni qumarxanaya çevirib”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

A.Həmidli qeyd edib ki, bütün sosial şəbəkələrdə reklamları paylaşılır: “Bilirik ki, dünyanın hər yerində mədəni qumar mövcuddur. Dünyanın heç bir yerində insanları aldadan bu cür bir qurum yoxdur. “Azərlotereya” ilə bağlı hələ də tədbir görülmür. Bu kasıb xalq necə olacaq heç düşünən varmı? 5-10 manat maaş alan insanlar da qazandıqlarını itirirlər. İndi deyəcəksiniz ki, məcbur etmirlər. Bizim cəmiyyət 1-2 manatla milyonçu olmağı düşünür. Bu xalqı onsuz aldadan çoxdur. Bir də siz etməyin!”
Tarix: 23-12-2022, 22:00
Xəbəri paylaş





Xəbər lenti