Orxan Həsənov Məleykə xanım Abbaszadənin testindən necə “hakim” çıxıb? - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR


Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun 8 aylıq süründürməçilikdən sonra cavabdehlər DİN və ƏƏSMN-ə qarşı iddianın mümkün sayılmaması haqqında 12.12.2022 tarixli qərardadının açıqlanmasından 12 gün keçsə də, ən geci 5 günə verilməli olan qərardad hələ də verilməyib.

Sərbəst toplaşmaq azadlığı hüququna qadağa qoyan BŞİH-ə qarşı iddia üzrə bir ildən çoxdur qərarını verməkdən imtina edən süründürməçi hakimin təcrübəsi(zliyi) 12 günlük qərardadın “bəxtinə” apellyasiya şikayəti yazılmayacağını” deməyə əsas verir. (Yeri gəlmişkən, Həmid Ağalarov adlı hakim də BŞİH-ə qarşı sərbəst toplaşmaq azadlığı hüququna qadağanın aradan qaldırılması tələbi ilə verilən iddia üzrə qərarını 7 aydır vermir. Deyəsən, Bakı İnzibati Məhkəməsi BŞİH qarşısında öhdəlik götürüb ki, 2 günə qəbul etməli olduğu qərarı illərlə gizlədib verməsin.) Orxan Həsənovun qeyri-prosessual təcrübəsi(sizliyi) DİN -in saxta vəkili və nümayəndəsi (vəkil nümayəndə ola bilməz, nümayəndə isə vəkil ) Əlirza Həbilovun məhkəməyə qeyri-prosessual basqısından qaynaqlanır. Bu DİN “vəkili” (bəyəm DİN-də “vəkil” ştatı var? )

15.02.2019-cu ildə Şəki İnzibati-İqtisadi Məhkəməsində (h. İlqar Cabbarov) qərardad qəbul edilmədiyi, iclasın növbəti tarixə təyin edildiyi halda (e-məhkəmə portalı bunu sübut edir ) həmin tarixə iddianın mümkün sayılmaması haqqında qərardad qəbul etdirib və bu saxta qərardadı hüquqi presedent kimi məhkəmələrə tətbiq etdirir. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyev bu qərardadı əsas tutub , 25.02.2021 tarixli gizlin iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edib ki, “15.02.2019 tarixli iddianın mümkün sayılmaması haqqında qərardad eyni tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsidir! (?)” Yuxarı instansiyaların– Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Xəyalə Cəmilova) və Ali Məhkəmənin (sədrlik edən Səyyad Kərimov) da istinad etdiyi əsas “qanun” Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019 tarixli iddianın mümkün sayılmaması haqqında qərardadı olub! Hətta Konstitusiya Məhkəməsi də “Şəki dövləti” adından çıxarılan qərardadın ölkədə ən yüksək hüquqi qüvvəyə malik olduğu “əsası” ilə Ali Məhkəmənin qərarından şikayəti icraata götürməkdən imtina edib. Onu da özəl vurğulayaq ki, nə Bakı Apellyasiya Məhkəməsinin , nə də Ali Məhkəmənin qərarı bu günədək nə rəsmi, nə də qeyri-rəsmi qaydada verilməyib. Ali Məhkəmənin 06.10.2021 tarixli “Şəki dövləti” adından çıxarılan qərarı e-məhkəmə portalının “radarlarından” tamamilə yoxa çıxıb. Amma 12 gün qabaq - 12.12.2022-ci ildə keçirilən iclasda Əlirza Həbilovun nümayəndəsi məhkəməyə Ali Məhkəmənin qərarını təqdim etdi . Bu isə açıq şəkildə onu göstərir ki, Ali Məhkəmənin özünün qəbul etdiyi qərardan xəbəri olmayıb, qərarı elə DİN-in saxta vəkili və nümayəndəsi Əlirza Həbilov tərtib edib, ya da kiməsə etdirib . E-məhkəmə portalından yoxa çıxan qərar Vəkillər Kollegiyasında necə tapıla bilər?

Qayıdaq 12 dekabr 2022-ci ilə . Hakim Orxan Həsənov , tələbimə baxmayaraq, cavabdehlərin etibarnamələrinin yoxlanılmasını təmin etmədi. Hər iki cavabdeh son 5-6 ildə 50-dən çox iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edildiyinin hazırkı iddianın da mümkün sayılmamasına “əsas” verdiyini bildirdilər. Hakimin marağı nə idi ki, toplam 100 qərardaddan bircəciyinin də məhkəməyə və iddiaçıya verilməsinə göstəriş vermədi? Əksinə, hakim İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin iddianın mümkün sayılmamasına əsas verdiyini bildirdi. Axı 78-ci maddə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı haqqındadır, deyəndə, cavabdehlərlə hakim “xorla” “qərardad elə qərardır” “oxudular”.

Bəs Ali Məhkəmə Plenumunun “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015 tarixli 5 saylı qərarı niyə qəbul edilib? Bəyəm bu qeyri-prosessual aktlar, “məcəllə” yalnız 1-ci dərəcəli Qarabağ qazisinə tətbiq edilir? Bu ayrı – seçkilik haradan qaynaqlanır?

Ali Məhkəmə inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə 15 aprel 2015-ci il tarixli qərar qəbul edib. Ali instansiya tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması isə “Məhkəmələr və hakimlər haqqında” qanunun 79-cu maddəsindən qaynaqlanır :” VAHİD MƏHKƏMƏ TƏCRÜBƏSİ MƏHKƏMƏLƏRİN HÜQUQİ MƏSƏLƏLƏRİN HƏLLİNƏ YANAŞMASININ SABİTLİYİNİ VƏ ƏDALƏT MÜHAKİMƏSİ HƏYATA KEÇİRİLƏRKƏN MADDİ VƏ PROSESSUAL HÜQUQ NORMALARININ EYNİ CÜR TƏTBİQ EDİLMƏSİ MƏQSƏDİLƏ FORMALAŞDIRILIR”. Bəs niyə 1-ci dərəcəli Qarabağ qazisinə münasibətdə qərəzli ayrı-seçkilik edilir? Ali Məhkəmə Plenumunun qərarının 8.3 bəndinə görə, iddianın mümkün sayılmaması haqqında qərardad, yenidən mümkünlük şərtlərinə əməl etməklə, eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bəs niyə 1-ci dərəcəli Qarabağ qazisinə hətta eyni predmet üzrə olmamasına baxmayaraq , istisna qaydasında iddia qaldırmasına imkan verilmir ? İPM-in 78-ci maddəsi mübahisə predmeti üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburiliyi haqqındadır. Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.2 maddəsində isə yazılıb ki, iddianın mümkün sayılmaması haqqında qərardad MƏZMUN BAXIMINDAN MÜBAHİSƏ PREDMETİNƏ TOXUNMUR və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Bakı İnzibati Məhkəməsi (Orxan Həsənov) mübahisə predmetinə toxunmayan qərardadı hansı əsasla mübahisə predmeti üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı sayır ? Bəs Elvin Əliyev, İlqar Cabbarov və bu yekəlikdə Vəkillər Kollegiyası ? Belə çıxır, yaxşı oxumayıblar, ya da rüşvətdən savadsızdırlar.

Dövlət İmtahan Mərkəzinin sədri, xanım Məleykə Abbaszadənin testindən bu savadsız hakimlər, vəkillər necə və neçəyə “savadlı” çıxıblar? Bəs Hakimlərin Seçki Komitəsinin “söhbətləşməsindən” ?

Məğrur BƏDƏLSOY
Qarabağ Qazisi
DİA.AZ
Tarix: 23-12-2022, 22:53
Xəbəri paylaş





Xəbər lenti