"Kapital Bank"da aldı var... verdi yoxdur... - ŞİKAYƏT

"Kapital Bank"da aldı var... verdi yoxdur...
"Keçən günlərdə "Kapital Bank"ın "birkart"ı vasitəsilə "online" alış-veriş etdim, sonra məbləği "ninja" vasitəsilə 3 aya böldüm..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rəşad adlı istifadəçi giley edir.

"Kapital Bank"da aldı var... verdi yoxdur...

Daha sonra narazı vətəndaş yazır: "Ancaq məsələ alınmadığı üçün pul geri qaytarıldı. Ancaq "Kapital Bank" "ninja"dan istifadə etdiyim üçün 44 manat əməliyyat haqqı üçün çıxdığı pulu geri qaytarmadı.

Yəni xaricdən sifarişim alınmadı deyə pulu geri qaytarır, amma burdan bura bizimkilər istifadə etməyəcəyim əməliyyat üçün pul tutur və geri qaytarmır... Deyir, bizdə bu məsələyə görə pulu geri qaytarmaq yoxdur..."

İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 24-12-2022, 10:34
Xəbəri paylaş





Xəbər lenti