Vasif Talıbovun deputat səlahiyyətlərinə xitam verilir? - AÇIQLAMA

Vasif Talıbovun deputat səlahiyyətlərinə xitam verilir?
Vasif Talıbov 27 ildir ki, Milli Məclisin 1 saylı Şərur-Sədərək seçki dairəsindən seçilmiş deputatıdır. Bu müddət ərzində onun parlamentin iclaslarında az iştirak etdiyi müzakirə obyektinə çevrilib.

Milli Məclisin daxili nizamnaməsinə görə, 1 il müddətində parlamentin ardıcıl 15 iclasında iştirak etməyən deputat barədə İntizam komissiyasına təqdimat verilməli və onun deputatlıq səlahiyyətlərinə xitam verilməsinə baxılmalıdır.

Maraqlıdır, bu məsələ parlamentdə müzakirə olunurmu?

Siam.az-ın məlumatına görə, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Teleqraf.com-a bildirib ki, bu məsələ rəhbərlik etdiyi komissiyada müzakirə oluna bilməz.

Deputat qeyd edib ki, İntizam komissiyası Milli Məclisdə və iclaslarda intizamsız hərəkət edən deputatlarla məşğul olur:

"Bu adam Naxçıvanda Ali məclisin sədri idi. Hər vaxt gəlib-gedə bilmirdi, işləri olurdu. Buna görə də, o, bir növ icazəli şəxs idi. Bu baxımdan onun parlamentin iclaslarına gəlib-getməsinin İntizam komissiyasına aidiyyəti yoxdur. Bundan sonra nə olacaq, onu bilmirəm. Gələcək hər şeyi göstərəcək. Hələlik bu məsələ müzakirə predmeti deyil”.
Tarix: 24-12-2022, 11:27
Xəbəri paylaş





Xəbər lenti