DƏFƏLƏRLƏ HƏBS OLUNAN, AMMA ISLAH OLUNMAYAN MÜQAYIS VERDIYEVIN YENIDƏN HƏBSI QAÇILMAZDIR… — MÜQAYIS VERDIYEV MƏMURLARI KIMLƏRIN ADINDAN ŞANTAJ EDIR…
Həmişə özünü böyük iş adamı kimi təqdim edən Müqayis Verdiyevlə bağlı mediada gedən materiallarla tanış olanda adam dəhşətə gəlir. Əlbəttə, digər iş adamları ilə də bağlı mediada müxtəlif xəbərlər yayılıb. Ancaq Müqayis Verdiyevlə bağlı xəbərlər, məqalələr xeyli saydadır. Əlbəttə, həmin məqalələri oxumağa, araşdrımağa nə vaxtımız, nə də həvəsimiz var. Təkcə həmin məqalələrin başlıqlarına nəzər salanda adam dəhşətə gəlir. …Müqayis Verdiyev Qarabağ Qazilərinin PULUNU QAYTARMIR… Qarabağ qaziləri deyir ki, Müqayis Verdiyev 400 minlik maşın sürür, amma biz Qarabağ qazilərini işlədərək, pulumuzu vermir. Müqayis Verdiyevlə bağlı başqa bir yazının başlığı belədir: Narazı Qarabağ qaziləri, fəhlələr, ustalar Müqayis Verdiyevin evinin qarşısında aksiya keçirmək, pullarını tələb etmək istəyir… Bəli, Qarabağ qaziləri deyir ki, həbsxanadan çıxan Müqayis Verdiyevə yenidən hansısa yollarla 4 millyon manatlıq tender verilib, o isə bunun 2 milyonunu mənimsəyərək özünə və övladına bahalı avtamobil alıb amma onlara məxsus daş karxanasından götürülən materiealların dəyəri yüz mindən yuxarı olan borcunu ödəmir, ödəməkdən boyun qaçırır. Hər dəfə onlara tez bir zamanda görüşəcəyik deyə yalandan vədlər verir: “Bu şəxs dələduzluq, dövlət malını talamaya görə dəfələrlə həbsxana həyatı yaşasa da dərs olmur, görünür arxasında hansısa gözəgörünməz qüvvələr var” deyə etirazçılar bildirib. Belə məqalə başlıqları bir deyil, beş deyil, on deyil… Bütün bu narazılıqlar ortada ola-ola Müqayis Verdiyev özü başqalarını şantaj etməyə başlayır. Müqayis Verdiyevin şantaj serialı ilk olaraq Goranboyun ozmankı icra başçısı Nizaməddin Quliyevlə bağlı olub. Guya Nizaməddin Quliyevin Müqayis Verdiyevə 400 min manat borcu var imiş. Daha doğrusu, Müqayis Verdiyev məhkəmədə icra başçısının üzünə dirənib ki, guya Goranboy rayonundakı tikinti işlərinə məhz bu rayonun rəhbəri Nizaməddin Quliyevin israrlı xahişləri əsasında qatılıb. Subpodratçı kimi «Fəqan Xidmət»dən aldığı işi isə vaxtında və qüsursuz yerinə yetirib. Bu işlərin müqabilində nəzərdə tutulan pulu isə əsasən üç adamdan alıb: İcra başçısı Nizaməddin Quliyevdən, onun oğlu Ramal Quliyevdən və müavini Baxış Abdullayevdən. Və sonda guya 400 min manatı verməyiblər. Müqayis Verdiyev eyni ssenarini sonradan Yevlaxın o zamankı icra başçısı Qoca Səmədova tətbiq elədi. Sözün qısası, Müqayis Verdiyev daha sonra şantaj əməllərini Göyçayın əvvəlki icra başçısı Mehdi Səlimzadəyə onun vəkili Rəşidlə birgə tətbiq elədi, daha sonra bu əməllərini Sumqayıtda işə saldı. Yeri gəlmişkən, onu da qeyd edək ki, Müqayis Verdiyev bu əməllərinə görə bir neçə dəfə həbsdə də olub. Amma öz köhnə əməllərindən əl çəkmir… Hazırda Müqayis Verdiyev daha başqa yollarla dövlət nümayəndələrini, məmurları şantaj edir. Hətta məmurlara hədə-qorxu gəlir ki, Prezident Administrasiyasında adamlarım var, deyərəm sizi cəzalandırar, kimi istəsəm adının üstündən QIRMIZI XƏTT çəkdirərəm… yuxarıdakı Sabir də mənim adamımdır… Hətta ailə üzvümdür. Nə desəm odur…Əlaqədə olduğum adamların hamısına pul verirəm… Bütün bunlar azmış kimi Müqayis Verdiyev hətta məmurlara hədə-qorxu gəlir ki, mənim özümün media şəbəkəm var, pulumu verib sizi mediada ifşa edərəm: “Ən bərk gedən baş redaktorlar mənim pullarımdan bəhrələnirlər. Mən cəmiyyət arasında nüfuzu olan adamam”. Müqayis Verdiyevin sevimli ifadəsi, informasiya kimdə varsa, qalib odur: “ Mən çox informasiyalı adamam. Kimi istəsəm həbs elətdirərəm kimi istəsəm həbsxanadan azad etdirərəm”. Biz bir media qurumu olaraq Müqayis Verdiyevə bildiririk ki, sən güc-bəla ilə 4-cü sinifi bitirmisən, ali təhsilin də yoxdur, cinayət əməlləri ilə məşğulsan, residivistsən, 1 ildə 8 dəfə həbs olunmusan,.. Bir sözlə, səndən hər əməli gözləmək olar.. Müqayis Verdiyev PA-da çalışan Qarabağlı xanımların da adından sui-istifadə edir. Biz belə birisinə kömək edənlərə, dəstək verənlərə bildiririk ki, işlədiyiniz yüksək mövqeyinizi qoruyun, axı sizə etimad göstəriblər. Ardı var…/Gündəlik bakı/