MÜALİCƏ OLUNMAQ ÜÇÜN NAXÇIVANDAN BAKIYA GÖNDƏRİLDİ, BURADA İSƏ… - Müharibə iştirakçısı çarəsiz vəziyyətdə olduğunu bildirir

MÜALİCƏ OLUNMAQ ÜÇÜN NAXÇIVANDAN BAKIYA GÖNDƏRİLDİ, BURADA İSƏ… - Müharibə iştirakçısı çarəsiz vəziyyətdə olduğunu bildirir


Naxçıvan şəhər sakini Əsgərov Rahim Zahid oğlu Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, müharibədə yaralansa da, müalicə oluna bilmir:
“Mən, Əsgərov Rahim Zahid oğlu, müharibədə kəllə-beyin travması və qəlpə yarası almışam. 2 ildir davamlı müalicələr etdirirəm. Naxçıvan Dövlər Xəstəxanasının baş həkimi məni müalicə almağım üçün “Papani” hospitalına göndərdi. Naxçıvan xəstəxanasında psixologiya sahəsi üzrə həkim olmadığı üçün belə qərar verilib. İndi burda nevrologiya şöbəsində Rəşad həkim də məni təzədən Naxçıvan göndərir ki, get orada müalicə al. Qalmışam yollarda, mən nə edim? Mənə burada köməklik olunmur. Mən ordan bura, burdan ora göndərirlər”.
Jalə FAMİLQIZI
P.S. Bu gün səhər saatlarından etibarən Müdafiə Nazirliyinin “Qaynar xətti” “Soyuq xətt”lə əvəz olunuu. Belə ki, mövzu ilə bağlı nazirliyin mövqeyini öyrənə bilmədik…
Tarix: 28-12-2022, 21:24
Xəbəri paylaş





Xəbər lenti