SOCAR-ın vitse-prezidentinin uzunmüddətli “TOXUNULMAZLIĞI”: Bədəl Bədəlova bu imtiyazı kim verib?


bitmap-img6

Hakimiyyətin 2018-ci ildən başlatdığı islahatlar dalğası bir çox korrupsionerlərin məmurların karyerasına son qoyub. Hələlik sonuncu belə məmur Naxçıvan Muxtar Respublikasının keçmiş Ali Məclis sədri Vasif Talıbovdur.  Prosesin bundan sonra da davam edəcəyi gözlənilir. İctimai rəyə belə bir fikir hakim kəsilib ki, hakimiyyət islahat dalğası ilə yeni siyasi konfiqurasiya ilə uzlaşmayan bütün məmurları sıradan çıxaracaq. Bu da səbəbsiz deyil. Çünki iqtidar komandasında hələ də Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə zidd olaraq özfəaliyyətlə məşğul olan, büdcə vəsaitini şəxsi maraqları üçün sərf edən məmurlar var.

Onlardan biri də Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlovdur.  Bədəl Bədəlov 2011-ci ildən bu vəzifədədir və 11 ildir ki, ona toxunan yoxdur. Halbuki Bədəl Bədəlovun korrupsiya əməliyyatları, biznes imperiyası haqqında mediada çoxsaylı materiallar yer alıb. 



Onun islahatlar dalğasından özünü necə sığortaladığı bəlli deyil. Lakin iddialara görə, hələlik iqtidarın zirvəsində siyasi proseslərə təsir imkanları olan məmurlardır. Yəni, hakimiyyət hələ ki, dövlət qurumlarında kök atmış “birinciləri” sıradan çıxarmaqla məşğuldur. Növbəti dalğada isə nazir müavinləri səviyyəsində olan və korrupsiyaya bulaşan məmurlar hədəfə gələcək. Böyük ehtimalla bu dalğa Bədəl Bədəlovun da karyerasına son qoya bilər.Onun işdən çıxarılması, hətta həbsi üçün kifayət qədər ciddi səbəblər var. 

Yuxarıda qeyd etdik ki, Bədəl Bədəlov üzdə olmayan məmur olmasa da, onun sərvəti heç də Vasif Talıbov, Ziya Məmmədov və digər oliqarx məmurların var-dövlətindən az deyil. 

Mediada gedən məlumatlara görə, Bədəl Bədəlovun təkcə Bakıda onlarla bahalı əmlakı var. Paytaxtın “Varovski” deyilən və varlılar məhəllləsi kimi tanınan ərazidə dəyəri milyonlarla manatla ölçülən bir neçə villası var. Yəqin ki, Bədəl Bədəlov bu villaları, həmçinin Bakıdakı bahalı əmlaklarını əmək haqqı ilə almayıb. 

Bundan başqa, bir neçə il əvvəl məlumat yayılmışdı ki, Bədəl Bədəlovun oğlu Elvin Bədəlov sanatoriya açıb. Söhbət “Naftalan Mərkəzi Sanatoriyası” MMC-dən gedir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Elvin Bədəlov olub. Bu məlumat ictimailəşən sonra sanatoriyanın qanuni təmsilçisi dəyişib. Bədəl Bədəlov “proxy sahibkar”la sanatoriyanın ona aid olmadığını gizlətməyə çalışıb. Lakin gələn məlumatlarda deyilir ki, hazırda sanatoriyanın idarə edilməsi ilə Elvin Bədəlov məşğuldur. 



Elvin Bədəlovun sahibkarlıq fəaliyyəti ilə məşğul olması əlbəttə ki, atasının məmur olması ilə bağlıdır. O, həm də müxtəlif obyektlər açmaqla atasının çirkli pullarını yuyur. Bədəl Bədəlovun müxtəlif şəxlərin adına olan çoxsaylı şirkətlərinin də olduğu bildirilir.  Onun digər oğlu Elçin Bədəlovun dəbdəbəli həyat yaşaması və bunu açıq-aşkar nümayiş etdirməsi faktı da var. Onun bahalı avtomobillərlə fotoları sosial şəbəkələrin “bəzəyinə” çevrilib.




Bədəl Bədəlov bəzi hallarda məmur statusundan istifadə edərək sıravi vətəndaşların hüquqlarını da pozur. Bununla bağlı da mediada kifayət qədər yazılıb. Məsələn, bir neçə il əvvəl Keşlə qəsəbəsində sıravi vətəndaşlardan birinə ev tikməyə izacə verməyib. Əraziyə gələn SOCAR əməkdaşları açıq şəkildə bildiriblər ki, ev tikilərsə, Bədəl Bədəlov onu yerlə-yeksan elətdirəcək. Onlar hətta ərazinin SOCAR-a aidiyyatı olmadığını, sadəcə Bədəl Bədəlovun belə istədiyini bildiriblər. Bəzi iddialara görə, həmin ərazidə Bədəl Bədəlova və ya onun yaxınlarından birinə məxsu ev var. Vətəndaşın tikdiyi ev həmin evin görünüşünə xələl gətirdiyinə görə vitse-prezident tikintiyə icazə verməyib. 

Bədəl Bədəlovun qanunsuz əməlləri və korrupsiya əməlləri barədə faktları sadalamaqla bitməz. Lakin şübhəsiz bizə bəlli olmayan faktlar da var. Bu faktları güman ki, islahatların növbəti dalğasında Bədəl Bədılovun da sıradan çıxarılacağı zaman biləcəyik.



Tarix: 30-12-2022, 21:40
Xəbəri paylaş





Xəbər lenti