Xətai sakinlərinin YENİ İL ARZUSU - TƏZƏ BAŞÇI İSTƏYİRLƏR...


Bakının Xətai rayonunun sakinləri özlərinə yeni ildə Prezidentdən yeni başçı istəyiblər. Yəni bir növ HƏDİYYƏ KİMİ... Bu barədə DİA.AZ-a daxil olan oxucu müraciətində deyilir. Sakinlər qeyd edirlər ki, 2023-cü iləd onların dərdinə həqiqətən də şərik olacaq bir icra hakimiyyəti başçısının rəhbərliyinə ümid edirlər.

DİA.AZ qeyd edir ki, bu arada şikayətlərinə baxılmadığını, yerli icrea hakimiyyətinin isə daha çox rayonun ərazisini necə satdığını qeyd edən sakinlər növbəti şikayətlərini də təqdi ediblər.

Aşşağıdakı fotonu dia.az-a yollayan sakinlər yazır:

Xətai sakinlərinin YENİ İL ARZUSU

""Əhmədli" metro stansiyasından "Bakı" kinoteatrına çıxan yoldur. Düz bir aydır minlərlə insan bu narahat və təhlükədən keçir. Onsuz da Əhmədlidə bir qarış yer qalmayıb satıblar. Buranı da birdəfəlik satsınlar sakinlər də zəhmət çəkib "Xalqlar dostluğu" stansiyasında düşüb avrobusla, lap canı çıxsın piyada getsin evinə..."

Məsələ ilə bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 2-01-2023, 10:11
Xəbəri paylaş





Xəbər lenti