Tanınmış telejurnalisti hədələyən məmur işdən qovuldu


"Bir müddət öncə, Abşeron rayonunun Masazır kənd bələdiyyəsinin sədri Rüfət Fətullayevin dələduzluğu, vətəndaşları aldadaraq onlara küllü miqdarda ziyan vurması, çalışdığı qurumun invertarlarını dəyər dəyməzə satması və s. qanuna zidd hərəkətləri barədə yazmışdım." 
 
Bu barədə tanınmış telejurnalist Nizami Rəsulov paylaşım edib. Özünün bildirdiyinə görə, hətta Rüfət Fətullayev onun qanunsuz əməllərini ifşa etdiyinə görə hədə-qorxu da gəlibmiş: "Öz iş yoldaşları belə onun bu çirkin əməlindən bezmişdi. Nəticə etibarı ilə eşitdim ki, bələdiyyə üzvlərinin toplum imzası ilə Rüfət Fətullayev Masazır Bələdiyyəsindən qovulub. 
 
Hətta onun barəsində şikayətçilərin çoxsaylı müraciətləri ilə aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilir. Küllü miqdarda vəsaiti talama və vəzifə səlahiyyətlərini aşma...
 
Yerinə artıq təyinatda olub. 
Uğurlu olsun...
 
Bu arada, mən doğruya doğru, yanlışa yanlış deyirəm. 
Qanun hamı üçün eynidir..."
(xeberlent.az)
Tarix: 4-01-2023, 16:22
Xəbəri paylaş





Xəbər lenti