"Azərlotoreya"nın ƏSAS HƏDƏFİ: DİZİ ÜSTƏ SÜRÜNƏN BİNƏVA... - SON ÜMİDİMİZLƏ DƏ OYNAYIRLAR...


"Azərlotoreya"nın ölkədə RƏSMİ QUMARXANA siyasəti yürütdüyü bir faktdır. Bunun inkarı imkansızdır. DİA.AZ bildirir ki, burada bir əsas məqam da var... Əgər real kazino və qumarxanalarda daha çox pulu olan, imkanı olan zəngin adamlar qumra oynayırlarsa, pullarını risqə atırlarsa, "Azərlotoreya"nın millətə sunduğu RƏSMİ QUMARXANA-da birbaşa hədəf KASIB CAMAATDIR... Bu barədə az sonra...

***

Nədən RƏSMİ QUMARXANA deyirik? Bu da aydındır... Başqa nə ad verə bilərik ki? Hər halda, dövlətin çətiri altında qanunlarımızla qadağan olunmuş QUMAR oyunlarının bənzərini həyata keçirib ədalətsiz şəkildə uduşlar müəyyən etməklə iştirakçıların məhz ciblərinin soyulmasına hesablanmış AZƏRLOTOREYA adlı prosesi başqa cür adlandırmaq mümkün deyil...

***

İndi isə gələk KASIBLARIN HƏDƏFLƏNMƏSİ məsələsinə...

Qeyd edək ki, bunu heç "Azərlotoreya"nın başbilənləri marketinqçiləri gizlətmirlər də. Onların son reklamlarını izləmisinizmi?

Süjet xətti hamısında eynidir. Kasıb adam varlı adamın həsədini aparır və kasıb adam məsələn varlının evinə, maşınına və hətta geyminə belə tamah salaraq KAŞ Kİ MƏNİM DƏ OLAYDI deyib AH ÇƏKİR...

Sonrası isə aydındır... Guya bu şövq və ehtirasla, əslində isə VƏHŞİCƏSİNƏ (onlar kasıb adamı belə təsvir edirlər -dia.az) kazıb adam "Azərlotoreya"nın qumar kağızlarından alır və arzularına çatır... GUYA Kİ...

***

Nə isə onların reklamlarının videosunu burada yerləşdirə bilərdik... Kİ, DEDİKLƏRİMİZ DAHA DA AYDIN OLSUN...

Amma etmədik. Hər halda bunun özü belə əlavədən reklam olardı...

"Azərlotoreya" isə bunu haqq etmir... Çünki hədəfi bəllidir... Hədəfində isə onsuz da ehtiyac içində olan BİNƏVA VƏTƏNDAŞLARIMIZDIR... "Azərlotoreya" bizi bəzi vicdansız məmurlarımızdan belə VİCDANSIZ çıxdı ki, məhz insanlarımızın son qəpiyinə - ƏSLİNDƏ İSƏ SON ÜMİDİNƏ TAMAH SALIR...

BUNA GÖRƏ İSƏ CƏZA NƏZƏRDƏ TUTULUR... Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə də... Allahın buyurduqları ilə də...

DİA.AZ

QEYD: Bilmirik, nə sözləri olacaq... Amma yenə də qanunları əldə rəhbər tutaraq qarşı tərəfi də Siam.az olaraq dinləməyə hazır olduğumuzu bəyan edirik...
Tarix: 6-01-2023, 10:12
Xəbəri paylaş





Xəbər lenti