“Azəravtoyol”un sədr müavini keçmiş kürəkəninin əmlaklarını mənimsəyib? – FAKTLAR


Redaksiyamiza müraciət edən Tovuz rayon sakini İsmayıl Hüseynov keçmiş qudası, yəni  “Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayevdən şikayətlərini dilə gətirib. O bildirir ki, oğlu Rahib Hüseynov həbs ediləndən sonra qudası Əvəz Qocayev tərəfindən ümumilikdə milyonlarla dəyəri ölçülən əmlakları mənimsənilib. Ətraflı şəkildə İsmayıl Hüseynovun müraciətinə baxaq:
“Bizim keçmiş qudamız Əvəz Qocayev hazırda qızını, yəni keçmiş gəlinimiz Xatirə Qocayevanı evləndirməyə hazırlaşır. Getsin, buna sözümüz yoxdur. Bildiyiniz kimi, bizim başımıza çox oyunlar gəlib. Vəkilin dələduzluğunun qurbanı olmuşuq. Bu azmış kimi qudamız da bizə eyni əməlləri etdi. Hər halda bunu hüquq-mühafizə orqanları lazımınca araşdıracaq və haqq ədalət öz yerini tapacaq. Biz öz qanunlarımıza və dövlətimizə güvənirik. Başa düşürük ki, Əvəz Qocayev məmurdur və əli hər yerə çatır. Amma bu o demək deyil ki, o istədiyi qanunsuzluğu edə bilər.
2013-cü ilin avqustun 28-də oğlum Rahib Hüseynov saxlanıldı. Oğlum həbs edildiyi müddətdə biz Əvəz Qocayevin evinə gedib-gəlirdik. Bu müddətdə o bizi dilə tutub müəyyən sənədləri əlimizdən alırdı. O bizə dedi ki, müvəqqəti Rahibi qızından boşadacaq və oğlumun əmlaklarını onun əlindən alacaq. Çünki oğlum həbs edilsəydi əmlakları da müsadirə edilə bilərdi. İlk əvvəl Cəfər Xəndan 28 küçəsi, mənzil 23-də ki evi əlimizdən aldı. Bu evə də gəlinimizi gətirmişdik. Biz Tovzuda qeydiyyatdaydıq.  Oğlum da Əvəz Qocayevin villasında qeydiyyata düşmüşdü. Bun səbəbdən mənzili Əvəz Qocayevin həyat yoldaşı, yəni oğlumun qudası Tamilla Mammedeva Bayram qızının adına rəsmiləşdirdik. Oğlum həbs ediləndən 15 günə sonra Tamilla Mamedova bizdən xəbərsiz mənzili Ramin Cəfərov adlı şəxsə satıb. Əvəz Qocayev bizi aldadaraq əmlakları mənimsəmək üçün istədiyi qədər sənəd toplayıb. Oğlumun adına olan mənzillər və digər əmlaklar dövlətin məmuru tərəfindən mənimsənilib. Xahiş edirəm ki, bu əmlaklar, xüsusən də Tamilla Mamedova tərəfindən mənzilin necə satılması araşdırılsın. Hazırda əlimizdə faktlar var. Səs yazıları və digər sübutlar…İndi isə oğlumu və bizi həbs etdirəcəyi ilə qorxutmağa çalışır. Əlimizdə istinataqa lazım olan istənilən qədər faktlar var. Oğlumun əmlaklarından Əvəz Qocayev, həyat yoldaşı və oğlu da faiz alıb. Ayda 60 min manat Tamilla Mamedova, 125 min Əvəz Qocayev, oğlu Anar isə 320 minə qədər faiz alıb. Bunları sübut ədən sənədlər var. Ekspert kağızları da əlimizdədir.
Cənab Prezindent İlham Əliyevdən xahiş edirik ki, Əvəz Qocayevin qanunsuz əməlləri ilə bağlı araşdırma aparılsın”.
Mediada Əvəz Qocayevlə bağlı araşdırma apardıq. “Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayevin də sərvətlərinin siyahısı yayılıb. Bu sərvətlərə alın və beyin təri ilə sahib olduğunu düşünmək istərdik. Yenisabah.az saytının hazırladığı siyahıya baxaq:
1. “Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)
2. Yasamal, Xətayi, Sabil rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi
3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular
4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil
5. “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)
6. H.Əliyev küçəsində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)
7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil
8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)
9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.
10. Köhnə “Varovski”da 3 mərtəbə villa
11. Novxanıda ayrı-ayrılıqda 3 villa
12. “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil
13. “REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil
14. Port Bakuda 150 kv m daha bir mənzil
15. Binəqədi rayonunda böyük torpaq sahələri
16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil
17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit
18. Şüvəlanda villa
19. Özünə və ailsəinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər
20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası
21. Dərnəgüldə tikinti materialları mağazası
22. Bacısı Afət Qocayeva Əyyublu kənd orta məkətibinin direktorudur.
23. Bir tender şirkəti, “Polat Yapı Yol” şirkəti ilə şəriklik və s…
Onu hətta “Azəravtoyol” un “qara kassa”sı da adlandırırlar. Təbiidir ki, bir məmur aldığı əməkhaqqı ilə özünə belə səltənət yarada bilməz. Yəqin Əvəz Qocayev korrupsiya yolu ilə əldə etdiyi külli miqdarda vəsaiti bu üsulla biznesə yatırıb, leqallaşdırmaq istəyir. Qeyd edək ki, son vaxtlar mediada ayrı-ayrı məmurların sahib olduqları biznes, daşınmaz əmlak, dəyəri milyonlarla ölçülən var-dövlət haqqında informasiyalar dərc olunur. Ölkə qanunvericiliyinə görə millət vəkilinin və vəzifəli şəxslərin bizneslə məşğul olması birbaşa qadağandır.
PS. Mövzunu davam etdirəcəyik. Eyni zamanda, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
İsmayıl Hüseynov tərəfindən 7Times.az-a təqdim edilən foto faktları təqdim edirik:
Tarix: 6-01-2023, 22:48
Xəbəri paylaş





Xəbər lenti