Əhməd Vəliyevin oğlu ilə arası dəyib? - İDDİA

Əhməd Vəliyevin oğlu ilə arası dəydi
Sabiq deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğlu Munir Vəliyevlə arası dəyib.

Siam.az-ın bilgisinə görə, 32gun.az-a Vəliyevlər ailəsinə yaxın mənbədən verilən məlumatda iddia edilir ki, Ə.Vəliyev sahibi olduğu "Oksigen" Klinik xəstəxanasına oğlunun gəlməsini qadağan edib.

Hazırda Odlar Yurdu Universitetində I Prorektor olan M.Vəliyevin ali təhsil ocağına da getmədiyi iddia edilib.

Ata-oğul arasında münasibətlərin korlanmasının səbəbi hələlik bizə məlum deyil.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Tarix: 7-01-2023, 09:26
Xəbəri paylaş





Xəbər lenti