‘Qarabağ əlillərinə qarşı qanunsuzluqları paylaşdığıma görə həbsdəyəm’

baki-agir-cinayet-mehkemesi

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Mahir Əzimov deyir ki, narkotik ittihamı saxtadır, onu sosial şəbəkələrdə paylaşdığı tənqidi statuslara görə cəzalandırıblar. Onun sözlərinə görə, tutulduğu gün Suraxanı rayonu 33-cü polis bölməsində də ondan narkotik haqda heç nə soruşmayıblar, ancaq üzvü olduğu Müsəlman Birliyi Hərəkatı barədə suallar veriblər: “Həmin ərəfədə Qarabağ əlilləri intihar etmişdi. Mən də şəhid ailələrinə, Qarabağ əlillərinə qarşı qanunsuzluqları sosial şəbəkələrdə tənqid eləmişdim. Həmin paylaşımlarımı da göstərmişdilər. Bu paylaşımlarıma görə həbsdəyəm”.
40-yaşlı Əzimov CM-nin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunur. İddia olunur ki, onun üzərindən iki bükümdə təxminən 7 qram narkotik maddə tapılıb. Özü isə deyir ki, yalandır.
Azadlıq radiosu
Tarix: 7-01-2023, 14:00
Xəbəri paylaş





Xəbər lenti