“Unibank”ın əməkdaşı jurnalisti təhdid edib? – İDDİA


Jurnalist İslam Şixəli “Unibank”ın əməkdaşının onu təhdid etdiyini bildirib.
 
Pravda.az-ın xəbərinə görə, İ.Şixəli buna səbəb qohumum banka kredit borcunun olmasını qeyd edib
Daha bir jurnalist prokurorluqda dindirildi
““Unibank”ın əməkdaşlarından biri (özünü Vüqar Hüseynli kimi təqdim edir) bayaq heç bir əlaqəm olmayan bir qohumun kreditinə görə ev telefonumuza zəng edərək küçə jarqonuyla, “oğru aləmi” dili ilə danışıb qohumumuzla əlaqə saxlamağımızı tələb etdi. İzah etdim ki, həmin qohumla heç bir əlaqəmiz yoxdur, onun kreditinə görə biz cavabdeh deyilik, ona görə də narahat etməyin. Keçir təhqir və təhdidlə danışmağa. Sizə kim ixtiyar verir ki, müştəriniz olmayan vətəndaşı bu cür narahat edirsiniz? Siz özünüzü nə hesab edirsiniz?”, – İ.Şixəli bildirib.
 
Jurnalist Daxili İşlər Nazirliyindən məsələnin araşdırılmasını və hüquqi qiymət verilməsini xahiş edib.
 
“Unibank” sosial şəbəkədə baş verənlərdən təəssüfləndiyi qeyd edib. Bildirilib ki, məsələ araşdırılacaq.
Tarix: 7-01-2023, 22:23
Xəbəri paylaş





Xəbər lenti