Tofiq Yaqublunun həyat yoldaşı da aclığa başladığını bildirir

Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu yanvarın 7-də aclıq aksiyasına başladığını bildirib.
Ailə üzvlərindən AzadlıqRadiosuna verilən məlumata görə, Maya Yaqublu belə bir addımı Tofiq Yaqublu ilə təcridxanadakı görüşündən sonra atıb.
“Mən də bu gündən yoldaşıma dəstək olaraq aclıq aksiyasına qoşuluram” -Maya Yaqublu vurğulayıb.
Onun dediyinə görə, israrlı müraciətlərdən sonra yoldaşı ilə görüşə razılıq verilsə də apardığı sovqatları qəbul etməyiblər.
Müəyyən texniki problemlərə baxmayaraq təxminən 10 dəqiqəyə yaxın danışa bildiklərini deyən Maya Yaqublu yoldaşının xeyli arıqladığını qeyd edir.
Sovqatın qəbul edilməməsi və görüş zamanı bilərəkdən texniki problemlərin yaradılması ilə bağlı səslənən fikirlərə Penitensiar xidmətdən hər hansı münasibət öyrənmək mümkün olmadı.
Adətən cavabdeh qurumlar səslənən bu kimi problemlərin mövcudluğu ilə bağlı məlumatları təkzib edirlər.

Tofiq Yaqublu aclıq aksiyasına başladığını elan edib

Həbsdə olan siyasi fəal Tofiq Yaqublu qanunsuz həbsi və hüquqlarının pozulmasına etiraz olaraq, yanvarın 5-dən aclığa başladığını açıqlayıb.
O, yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılarkən bu haqda məlumat verib.
Bu məhkəmədə Yaqublunun 30 günlük inzibati həbsinə dair Səbail rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılırdı.
“Qarabağdan danışıb, Qarabağ qazisinə böhtan atırsan”
“Bu, dövlət adına utancdır ki, vətəndaşı hər kəsin gözünün qarşısında tutub gətirib şərləyirsən. Bütün günü Qarabağdan danışıb, Qarabağ qazisinə böhtan atırsan. Qarabağ qazisini narkomanlarla birlikdə saxlayırsan”, – siyasi fəal məhkəmədə belə deyib.
O vurğulayıb ki, Azərbaycanda məhkəmə sistemi yoxdur, hakim mantiyasını geyinənlər isə oyuncaq relslər üzərində qatar sürən uşaqlardan fərqlənmir:
“Hakim özü müstəqil qərar verən şəxslərə deyirlər. Kiminsə dediyini gəlib təkrarlayanlar hakim ola bilməzlər”.

Dekabrın 23-də Fəvvarələr meydanında Yaqublunun tutulma anını həmin vaxt orada olan jurnalistlər lentə alıb.
Onun vəkili Nemət Kərimli sözügedən videogörüntüləri hakim Anar Tanrıverdiyevə təqdim edib. Hakim görüntülərə baxıb.
Orada görünür ki, Yaqublu AXCP fəalı Elnur Quliyevlə birlikdə gəlir, media nümayəndələrinə yaxınlaşanda polislər onu tutub aparır. Hətta bu zaman Yaqublu polislərə deyir ki, qolu zədəlidir, möhkəm burmasınlar. Görüntülərdə onun polislərə müqavimət göstərdiyi görünmür.

Contact.az
Tarix: 7-01-2023, 22:44
Xəbəri paylaş

Xəbər lenti