MUĞANBANK UŞAQLARI DA “TƏLƏYƏ SALIR”


“Muğanbank” azyaşlıları tələyə salmaq üçün yeni junior kartları dövriyəyə buraxıb.
Tribunainfo.az xəbər verir ki, “Muğan junior” kart 10-16 yaş uşaqlar üçün nəzərdə tutulub.
Uşaqları cəlb etmək üçün xüsusi dizaynda hazırlanmış junior kartlarla, azyaşlılar istədiyi yerdə onlayn alış-veriş edə, pullarını ATM-də nağdlaşdıra bilər. Kartlar pulsuz verilir.
Bank bu yolla uşaqları da cəlb edərək, bu vasitəylə valideynləri borclandırmağı hədəfləyib. Halbuki uşaqların bank kartına heç bir ehtiyacı yoxdur. Axı indidən uşaqların bank kartı niyə olmalıdır. Bundansa bank daha yaxşı təklif verə bilərdi: şəhid və qazi uşaqları üçün hesab açıb onların kassasına depozit qoya, 18 yaşına qədər üstünə əlavə gəlir gələrdi. Uşaq və bank təması isə dünyada görünməmiş hadisədir.
Tribunainfo.az
Tarix: 13-01-2023, 11:18
Xəbəri paylaş





Xəbər lenti