Elçin Əlibəyli: “Şirkətlər və onların trolları hər cür iyrəncliyə əl atdılar”


Aparıcı Elçin Əlibəyli növbəti statusu ilə diqqəti özünə çəkib. 
Yenisabah.az xəbər verir ki, o, "Facebook" hesabında “Elin gözü” verilişindən fraqment paylaşıb.
E. Əlibəyli bildirib: “Ciddi təzyiqlərə baxmayaraq verilişin növbəti buraxılışını da hazırlaya bildik. Çörək, toyuq, taksi və əmlak mövzuları qısa müddətdə gündəm oldu. Mediada müzakirə edildi və dövlət qurumları işə qarışdı. Şirkətlər və onların trolları, jurnalist “dostları” hər cür iyrəncliyə əl atdılar. Tezliklə hər mətləbi biləcəksiniz”.
Tarix: 25-01-2023, 20:47
Xəbəri paylaş





Xəbər lenti